İSTİ XƏBƏRLƏR
» » Salah Afrikanın ən yaxşı futbolçusu oldu

Salah Afrikanın ən yaxşı futbolçusu oldu

“Liverpul” futbol klubunun şərəfini qoruyan misirli hücumçu Məhəmməd Salah 2018-ci il üzrə Afrikanın ən yaxşı futbolçusu seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bu, Seneqalın paytaxtı Dakarda keçirilən təntənəli mərasimdə elan olunub. Qeyd edək ki, Salah ardıcıl ikinci ildir ki, doğulduğu qitənin ən yaxşı futbolçusu adını qazanır. Seçimlərdə onun əsas rəqibləri komanda yoldaşı (“Liverpul” nəzərdə tutulur - red.) kamerunlu hücumçu Sadio Mane və “Arsenal”ın qabonlu forvardı Pyer-Emerik Obameyanq olub.  
Salah ötən mövsümdə “Liverpul”un heyətində 52 oyunda yaşıl meydana çıxıb, 44 qol vurub. 32 qolla İngiltərə Premyer Liqasının bombardiri olub və turnirin ən yaxşı oyunçusu elan edilib. Rusiyada keçirilən dünya çempionatında isə Misir yığmasının heyətində iki matça çıxıb və iki dəfə fərqlənib.
Rəy bildir +
Oxşar xəbərlər
Millət vəkilləri gələn həftə tətildən qayıdacaq
11:5209 yanvar

Millət vəkilləri gələn həftə tətildən qayıdacaq

Gələn həftədən Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclaslarına start veriləcək. Oxu.Az-ın xəbərinə görə, yanvarın 15-də millət vəkillərinin qış tətili başa çatır və bununla da komitə iclasları öz işinə başlayır. Qeyd edək ki, komitə iclaslarında

Dəniz Agentliyindən təhlükəli hava ilə bağlı - XƏBƏRDARLIQ
11:2209 yanvar

Dəniz Agentliyindən təhlükəli hava ilə bağlı - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub. Bu barədə Oxu.Az-a Dövlət Dəniz Agentliyindən bildirilib.

Prezident yol tikintisinə pul ayırdı
11:2109 yanvar

Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev yanvarın 8-də “Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı
11:2009 yanvar

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.