İSTİ XƏBƏRLƏR
» » Nar kimlərə ziyanlıdır?

Nar kimlərə ziyanlıdır?

Nar dənələri B, C vitaminləri, kalium, maqnezium, manqan, yod, dəmir və digər elementlər, həzmə kömək edən faydalı turşularla zəngindir.

Nar şirəsi iştahanı, mədə turşuluğunu artırır. Nar qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, hemoqlobin və qırmızı qan hüceyrələrinin sintezini artırır. Buna görə də nar anemiya, hemoqlobin azlığı və halsızlıq zamanı tövsiyə edilir. Ancaq bilmək lazımdır ki, nar şirəsi yüksək turşuluğu olanlar, xora və qastritdən əziyyət çəkən insanlar üçün birmənalı olaraq ziyanlıdır.

Xroniki qəbizlik zamanı da nardan çəkinmək lazımdır.

Bundan başqa, turşularla zəngin olan nar şirəsi dişin emalına da zərər verə bilir.

Ona görə də nar suyunu ya su ilə qarışdırmaq, ya da borucuqla içmək məsləhət görülür. İçən kimi isə ağızı yaxalamaq lazımdır.

Bu meyvənin qabığının bir sıra faydalı xüsusiyyətlərinin olduğu bildirilsə də, nar qabığı özündə az miqdarda da olsa zəhərli maddələri ehtiva edir. Ona görə ondan yararlanmaq istəsəniz, həkimlə məsləhətləşməlisiniz.


Rəy bildir +
Oxşar xəbərlər
Kimlər feyxoanı bol yeməlidir?
11:5531 oktyabr

Kimlər feyxoanı bol yeməlidir?

Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsi hasilini tənzimləyir. Qəbizliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır. Bir fincan feyxoada 16 qram lif var, bu da qarında köpmə, həzmsizlik üçün faydalıdır.

Uşaqlarda anemiya necə yaranır və nə etməli?
18:2622 sentyabr

Uşaqlarda anemiya necə yaranır və nə etməli?

Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var.  Bu barədə məlumat verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin sözlərinə görə, bu göstəricilər qadınlar arasında daha yüksəkdir:

Yağları əridən 9 sehirli məhsul
11:5615 sentyabr

Yağları əridən 9 sehirli məhsul

Orqanizmdə yağları əridən bu məhsullar, həqiqətən arıqlamağa kömək edir. Ancaq yağların parçalanması çox çətin prosesdir dedikdə heç də səhv etmirik. Yağlı kremi olan tort yedikdən sonra bu məhsullardan birini yeyib dərhal kömək edəcəyi təbii ki mümkün deyil. Qidalanmaya ağılla yanaşıb, aktiv həyat

Qastroenteroloq: "Bu mikrob hər birimizdə var, ancaq…"
17:5910 iyul

Qastroenteroloq: "Bu mikrob hər birimizdə var, ancaq…"

"168 saat"ın "Doktor" səhifəsinin budəfəki qonağı həkim qastroenteroloq Arzu Yusifovadır. Onunla mədə-bağırsaq xəstəlikləri, profilaktik tədbirlər, bu xəstəliklərdən sığortalanmağın yolları barədə danışmışıq.

Duz - "ağ ölüm", yoxsa vacib maddə?
09:5525 aprel

Duz - "ağ ölüm", yoxsa vacib maddə?

Keçmişdə duz çox bahalı idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu. Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı. Bəzi xalqlarda (ruslar, ukraynalılar və s.) hörmətli qonağı çörək və duzla qarşılamaq adəti indiyə kimi