İSTİ XƏBƏRLƏR
» » Azərbaycan-Rusiya əlaqələrinin regionun inkişafına təsiri - PERSPEKTİVDƏ NƏLƏR VAR?

Azərbaycan-Rusiya əlaqələrinin regionun inkişafına təsiri - PERSPEKTİVDƏ NƏLƏR VAR?


 Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Bu mənada Azərbaycanın istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr əsas stimulyatordur.
 
 Bu kontekstdə danışarkən Azərbaycan və Rusiya münasibətləri üzərində xüsusi dayanmaq lazım gəlir. İki ölkə arasında tarixi bağlılıq müstəqillik illərində sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunub.
 Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən iki ölkə arasında iqtisadi əlaqələrin artdığını bildirdi: "Biz ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır".
 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Rusiyaya gerçəkləşən səfəri iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərməklə yanaşı, bu səfərin, keçirilən görüşlər və aparılan danışıqların əməkdaşlığa yeni impuls verəcəyi gözlənilir.
 Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya dövlət başçısı ilə görüşdə səsləndirdiyi "Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Siz dediyiniz kimi, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Siz qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır" sözlərindən də aydın olur ki, iki ölkə arasında iqtisadi əlaqələr ilk növbədə yüksək ranqlı, qarşılıqlı siyasi anlaşmaya, dialoqa, siyasi müttəfiqliyə söykənir.
 
 Əməkdaşlıq rəqəmlərdə necə əks olunur?
 Hər ötən il iki ölkə arasında iqtisadi əlaqələrin artdığı diqqət çəkir və əlaqələr qarşılıqlı əhəmiyyət kəsb edir. Bu gün Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır və qeyri-neft məhsullarının ixracında birinci yerdədir. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45%-i Azərbaycanın payına düşür
 İki ölkə arasında qarşılıqlı investisiya sahəsində yaxşı dinamika müşahidə edilir. Azərbaycan Rusiya iqtisadiyyatına təxminən 1,2 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar sərmayə qoyub. Azərbaycanda Rusiya kapitalı olan 950 şirkət fəaliyyət göstərir ki, bu da ölkəmizdə xarici kapitalı olan bütün şirkətlərin 10%-ni təşkil edir.
 Azərbaycanla Rusiya arasında tic
 arət dövriyyəsi də daim artır. 2018-ci ildə bu, 19% idisə, bu ilin ilk on ayında 23%-ə çatıb.
 Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 22,5% artaraq 2.44 milyard dollara çatıb. Azərbaycan mallarının Rusiyaya ixracı 570 milyon dollar, Rusiya mallarının Azərbaycana idxalı 1.870 milyard dollar təşkil edib.
 Beləliklə, rəqəmlərdən də aydın olur ki, Azərbaycan Rusiyanın bölgədəki əsas iqtisadi tərəfdaşıdır.
 Daha bir diqqətçəkən məqam odur ki, iki ölkə arasında əlaqələr qeyri-neft sektorunda irəliyə doğru addımlayır - maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir.
 
 Tranzit infrastrukturu necə dəyişir?
 İki ölkə arasında əlaqələr nəqliyyat və digər tranzit infrastrukturunun şaxələnməsinə də təkan verir.
 Qərbi Avropanı Asiya ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması Rusiya və Azərbaycanın əməkdaşlığı şəraitində mümkün olub. Bu dəhliz istər şimaldan cənuba daşınan, istərsə də şimaldan Avropaya gedən yüklərin çatdırılmasına xidmət edir. Bu layihənin uğurla realizə olunması sayəsində yükdaşımaların həcmi səkkiz dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Eyni zamanda bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərində birgə tikilən körpünün istifadəyə verilməsi nəzərdə tutulur.
 
 Perspektivdə 
 daha nələr var?
 Bu gün iki ölkə arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu sənəd, təbii ki, proqram xarakterlidir və əlaqələrin gələcək inkişafını özündə ehtiva edir.  Planda əksini tapan 5 "yol xəritəsi" ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasını, nəqliyyat potensialının inkişafını, birgə müəssisələrin yaradılmasını, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsini, həmçinin humanitar əlaqələri nəzərdə tutur.
 Eyni zamanda, iki ölkənin birgə yaratdığı müəssisələrin sayı artır. "R-Farm" dərman istehsalı zavodu, "Penopleks" izolyasiya materialı istehsalı zavodu, "Mi" helikopterlərinin təmiri və texniki xidməti üçün xidmət mərkəzi bu müəssisələrdən bir neçəsidir.
 Dekabrın 9-da Bakıda keçirilən iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında imzalanan sənədlər də iki ölkə arasında iqtisadi sahədə əlaqələrin dərinləşdiyini göstərir. Belə ki, 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksi və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramları olduqca strateji xarakter daşıyır. Bu sahələrin inkişafının təşviqi hər iki ölkənin strateji prioritetləri sırasındadır. Dərhal, xatırladaq ki, ötən il Azərbaycana 900 min turist gəlib. Cari ildə həmin göstəricinin bir qədər də artacağı gözlənilir.
 Beləliklə, demək olar ki, iki ölkə arasında əlaqələr bir çox istiqamətlərdə əhəmiyyət kəsb edir:
 Birincisi, Azərbaycan öz ixrac potensialını realizə etmək üçün Rusiya kimi geniş bazara çıxış əldə edir.
 İkincisi, Rusiya Azərbaycanda investisiya imkanlarından yararlanır və bu, həm də Azərbaycan üçün xarici investisiya kimi əhəmiyyətlidir.
 Üçüncüsü, əlaqələr siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, bütün digər əməkdaşlıq əlaqələri üçün möhkəm sütun rolunda çıxış edir.
 Dördüncüsü, bu əlaqələr regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf meyillərini və maraqlarını gücləndirir.
 
 Vüsal Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Avropa İttifaqı-Azərbaycan münasibətləri:   "Şərq tərəfdaşlığı" və   yeni strateji əməkdaşlıq modeli
15:3111 sentyabr

Avropa İttifaqı-Azərbaycan münasibətləri: "Şərq tərəfdaşlığı" və yeni strateji əməkdaşlıq modeli

Bir neçə müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bəzi məsələlər qızğın nəzəri diskussiyaların mövzusuna çevrilib. Burada fərqli mövqelər ifadə edilir, bəzən hətta bir-birinə zidd tezislər səsləndirilir. Rəsmi Bakı isə təmkinli və

Yeni ''sosialist alyansı"?
15:2215 avqust

Yeni ''sosialist alyansı"?

Rusiya ilə Çin arasında əlaqələrin inkişafda olduğu haqqında fikirlər çoxdan səslənir. İki böyük dövlətin qlobal miqyasda geosiyasi qüvvələr nisbətini dəyişə biləcək imkanlara malik olduqları sirr deyil. Si Szinpinin Rusiyaya son səfərinə də məhz bu kontekstdə nəzər saldıqda, maraqlı qənaətlər əldə

Trampın Azərbaycan  prezidentinə məktubunda hansı mesajlar var idi?
15:1304 iyun

Trampın Azərbaycan prezidentinə məktubunda hansı mesajlar var idi?

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli