İSTİ XƏBƏRLƏR
» » SDU-da hansı yeniliklər var?

SDU-da hansı yeniliklər var?

Dekabrın 13-də Sumqayıt Dövlət Universitetində ənənəvi "Açıq qapı günü" keçirildi. SDU-nun rəsmi internet portalında əvvəlcədən yerləşdirilmiş elana uyğun olaraq, "Açıq qapı günü"ndə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil alan tələbələrin valideynləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak etdilər.


Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qonaqlarla görüşdü. Qeyd etdi ki, SDU-da ənənəvi olaraq "Açıq qapı günləri" təşkil edilir. Valideynlər övladlarının həm dərs, həm də imtahan prosesinin müşahidə etməsi üçün hər cür şərait yaradılıb. Bu da tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunmasından xəbər verir. Ölkənin savadlı kadr potensialı məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Sumqayıt Dövlət Universiteti də bu istiqamətdə mühüm addımlar ataraq uğurlar əldə edir. Son illər Sumqayıt Dövlət Universitetində kadr potensialı öz yetirmələri ilə yenilənir. Məzunlarımız laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayır. Bu da Prezident cənab İlham Əliyevin həyata keçirdiyi Gənclər siyasətinin bariz nəticəsidir.

Prorektor Ramiz Hüseynov qonaqlara universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, bu istiqamətdə görülən işlərdən bəhs etdi. Bildirdi ki, universitetimiz Avropa təhsil məkanına inteqrasiya istiqamətində mütəmadi olaraq dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi-pedaqoji mübadilələr həyata keçirir. Prorektor struktur və tədris proqramları, o cümlədən TVİNNİNQ layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, universitetimizin Avropa İttifaqı tərəfindən maliyələşən proqramlarda iştirak etməsi artıq bir ənənənyə çevrilmişdir. Əsas hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsidir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək" adlı TVİNNİNQ layihəsi Azərbaycan ali təhsil sisteminin inkişafına töhfələr verir. Universitetdə TVİNNİNQ layihəsi çərçivəsində həyata keçirilən seminarlar, təlimlər, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələrinin cəlb olunması, onların fikir və təkliflərinin nəzərə alınması, birgə keçirilən tədbirlər, eləcə də professor-müəllim heyətinin bilik, səriştə və bacarıqlarının yüksəldilməsi, universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, müasir infrastrukturun qurulması, idarəetmənin optimallaşdırılması, kitabxanaların, Dissertasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, dövri elmi nəşrlərin təkmilləşdirilməsi, ixtisasartırmanın keyfiyyətli təşkili, universitetə yüksək biliyə malik gənclərin cəlb edilməsi, universitetin beynəlxalq əlaqələri, yerli və beynəlxalq layihələrdə iştirakı, tədris-təlim prosesində dəyişikliklər barədə müzakirələr aparılır, nəticədə fakültələrin hesabatı yüksək qiymətləndirilir.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Prezidentdən 3 mühüm mesaj
16:2528 oktyabr

Prezidentdən 3 mühüm mesaj

Azərbaycanda aparılan islahatlar çoxspektrli xarakter daşıyır. Bunu yalnız yerli təhlilçilər yox, həm də nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında qeyd edirlər. Hətta neytral və opponentliyi ilə seçilən ekspertlər də hesab edir ki, xüsusilə 2019 bu baxımdan yaddaqalan il kimi qiymətləndirilə

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edilib
09:4303 may

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edilib

Mayın 2-də Sumqayıt Dövlət Universitetində (SDU) kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə növbəti ənənəvi “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” günün keçirilməsi barədə sdu.edu.az portalında əvvəlcədən