İSTİ XƏBƏRLƏR
» » Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Xızı, Qubadlı rayon və Sumqayıt şəhər sakinlərinin nəzərinə! 

Təhsil naziri Ceyhun Bayramov 20 dekabr 2019-cu il tarixində saat 10:00-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Qubadlı rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək. Qəbulda Xızı rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 11-17 dekabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının "Vətəndaşların qəbulu" bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

Elektron siqaret, yaxud bəzəkli düşmən
18:2323 sentyabr

Elektron siqaret, yaxud bəzəkli düşmən

Siqaretdən asılılığı azaltmaq üçün elektron siqareti çıxış yolu kimi görənlərin arzusu reallığı əks etdirmir. Elektron siqaretin zərərləri baxımından adi siqaretdən geri qalmadığı təsdiqini tapır. Xüsusilə son günlər Dünya Səhiyyə Təşkilatı elektron siqaretin zərərləri ilə bağlı müxtəlif

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli