İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda kimlər bələdiyyə üzvü olmaq istəyir?

Sumqayıtda kimlər bələdiyyə üzvü olmaq istəyir?


Ən yaşlı namizədin 69, ən gəncinin isə 21 yaşı var

Bildiyimiz kimi, Azərbaycanda hər 5 ildən bir yerli idarəetmə orqanlarından olan bələdiyyələrə seçkilər keçirilir. Bu il bələdiyyə seçkiləri dekabrın 23-də olacaq. Sumqayıt şəhəri üzrə də 4 dairə olmaqla 134 məntəqədə bələdiyyə seçkiləri keçiriləcək.

Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərin kimliyi haqqında araşdırma apardıq. Həmin araşdırmanı təqdim edirik.

Sumqayıt şəhər bələdiyyəsinin 19 üzvündən biri olmaq uğrunda 75 namizəd mübarizəyə qoşulub. Onlardan 20-i qadın, 55- i isə kişidir.

Namizədlər arasında ən yaşlısı hazırda da Sumqayıt Bələdiyyəsinin üzvü olan 69 yaşlı Ramiz Gülmalı oğlu Hüseynovdur.

Bələdiyyə üzvü olmaq istəyən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Sumqayıt şəhər təşkilatının sədr Fariz Şamil oğlu Məmmədov da 69 yaşındadır.

Hazırda Sumqayıt Bələdiyyəsinin üzvü olan sahibkar Fəxrəddin Ağarəhim oğlu Rəhimov və bələdiyyənin digər üzvü, eləcə də Ekologiya komissiyasının sədri Yusif Ziyad oğlu Salmanlının 68 yaşı var.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkimi, 65 yaşlı Kifayət Vidadi qızı Verdiyeva da bələdiyyə üzvü olmaq arzusundadır.

Namizədlər arasında ən gənci isə Ruqiyyə Dəyanət qızı Ağayevadır. Onun 21 yaşı var.

Yeri gəlmişkən, qeyd edək ki, hazırda Sumqayıt bələdiyyəsinin sədri Sultan Misir oğlu Əsədov, bələdiyyə sədrinin müavinləri olan Musa Süleyman oğlu Həsənov, Zeynəb Həmid qızı Məmmədyarova, eləcə də üzvlər Akif Abbas oğlu Kərimov, Məmməd Faiq oğlu Hacıyev, İlqar Abbas oğlu Cavadov, Raqif Tapdıq oğlu İbrahimov, Aygün Nizami qızı Əhmədova, Emil Tofiq oğlu Abasov yenidən namizədliklərini veriblər.

Namizədlərin partiya mənsubiyyətinə gəldikdə isə, onlardan 27 nəfəri YAP-ın üzvü,38 nəfər bitərəf, 10 nəfər isə digər partiyaların üzvləridir.

Namizədlər siyahısında 11 nəfər işsiz var. Daha çox müəllimlərdən ibarət olan siyahıda Heydər Əliyev Mərkəzinin dalandarı (Mirzəyeva Təranə Ümüd qızı), uşaq bağçalarından birinin xadimə-dayəsi (Məmmədova Vəsilə Xanlar qızı) və bağban da (Səmədov Mübariz Sülfiddin oğlu) yer alıb.

Orta yaş həddi isə 45 yaşdır.

İndi isə Corat bələdiyyəsinin üzvlüyünə namizədlərin kimliyinə nəzər salaq. Qəsəbə bələdiyyəsinin 13 üzvündən biri olmaq istəyi uğrunda 27 namizəd mübarizəyə qoşulub.

Namizədlərdən 10-u qadın, 17-i isə kişidir. Onlardan 13 nəfəri YAP-ın üzvü, 8-i bitərəf, 6 nəfəri isə digər partiyaların üzvləridir. Siyahıda həmçinin 8 işsiz və 1 təqaüdçü var.

Namizədlər arasında ən yaşlısı Corat qəsəbəsində yerləşən 2 nömrəli uşaq bağçasının 62 yaşlı müdiri Nərgiz Mirzəhüseyn qızı Ağayevadır. Onunla yanaşı işsiz olan Nadir İbahim oğlu Bağırzadə də ömrünün 62-ci qışını yaşayır.

Ən gənc namizəd isə Səfanə Eldəniz qızı Dadaşzadədir. 22 yaşlı namizəd işsiz kimi qeydiyyatdan keçib.

Namizədlər arasında bağban, MİS rəisi, mexanik və digər vəziflərdə çalışan insanlara da rast gəlinir. Onların sırasında yenidən bələdiyyə üzvü olmaq istəyənlər də var. Belə ki, hazırda bələdiyyənin 41 yaşlı sədri Elçin Nadir oğlu Ədilov bələdiyyə üzvlüyü uğrunda mübarizə aparan 27 namizəddən biridir. Bununla yanaşı, bələdiyyə sədrinin 32 yaşlı müavini Qəmər Hüseyn qızı Hüseynova da yenidən bələdiyyə üzvü seçilmək arzusundadır. Bu namizədlərin orta yaş həddi isə 42-dir.

Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinə gəldikdə isə orada 15 bələdiyyə üzvü seçilməlidir. Bu yerlər uğrunda isə 31 namizəd seçki marafonuna qoşulub. Siyahıda yer alan ən yaşlı namizəd 67 yaşlı təqaüdçü Vafadar Nəsrulla oğlu Heybətovdur. Digər 67 yaşlı namizəd Hikmət Ağəli oğlu Xaliyevdir. H.Xaliyev Sumqayıt şəhər Tağıyev qəsəbə işarəvermə və rabitə sahəsi üzrə baş mühəndis işləyir. 66 yaşlı Novruzqulu Ağaqulu  oğlu Novruzov da təqaüdçüdür.

Siyahıda yer alan ən gənc namizəd Məleykə Elman qızı Həşimovadır Belə ki, onun 22 yaşı var. 31 namizəddən 6-sı orta məktəbdə müəllim işləyir. Namizədlərin 14 nəfəri qadın, qalanları isə kişidir. Orta yaş həddi isə 45 yaşdır.

Beləliklə, 10 gündən sonra baş tutacaq seçkilərdə bələdiyyəyə namizədlərin yarışmasında ən layiqlilərin seçilməsinə ümid edirik.


Xədicə Səxavətqızı


Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib
11:2916 dekabr

Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
15:4826 noyabr

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək qapalı prosesdə Azərbaycan dövlətinə xəyanətdə ittiham edilən Fəxrəddin Abbasovun işinə baxılacaq. Rəsmi məlumata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə o, dövlət

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay