İSTİ XƏBƏRLƏR
» » Bakıda merin faytonuna bomba atan Kanayanın daha hansı "xidmət"ləri var idi?

Bakıda merin faytonuna bomba atan Kanayanın daha hansı "xidmət"ləri var idi?


Hər zaman Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edən möhtərəm prezidentimiz cənab İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində 2019-cu ilin oktyabr ayında  MDB Dövlət   Başçıları Şurasının məhdud  yığıncağındakı çıxışında da bəyan etmişdir ki, bu gün erməni faşizmi dünya üçün, bəşəriyyət üçün böyük təhlükədir. Başqasının torpağını işğal edib, qətliamlar, terror aktları həyata keçirən bir ölkədə faşizmin qəhrəman obrazının yaradılması deyilənlərin təsdiqidir.


Bu gün MDB məkanında yaşayan insanlar, II Dünya müharibəsinin iştirakçıları, müharibə əlilləri, veteranları qələbənin 75 illiyini  həvəslə, intizarla gözləyir, qeyd etməyə hazırlaşırlar. Qələbə qabağı itkin düşmüş  naməlum əsgərin abidəsini ziyarət edir, onları xatırlayır, abidə önünə gül dəstələri qoyub ehtiramlarını bildirirlər.

Bəs Ermənistan? Ermənistan hökumət başçıları  faşizmi ideallaşdırır, onlara heykəl qoyur, adlarını əbədiləşdirməyə çalışır, gənc nəslə onların "qəhrəmanlığ"ından danışır, gəncləri faşizm ruhunda tərbiyə edirlər. II Dünya müharibəsi zamanı Qareqin Nijde ilə faşist Almaniyasında Sovet ordusuna qarşı döyüşən  Drastmat Kanayan Dronun qəhrəman kimi qələmə verilməsində işğalçı dövlətin sabiq prezidenti Robert Köçəryan dəridən- qabıqdan çıxmışdır. 1990-cı ildə işğalçı dövlətin başçısı Dronun  sümük qalıqlarının ABŞ dövlətinin Massaçusets ştatının Boston məzarlığından Ermanistana köçürmək fikrinə  düşür. Vətən xaininin ABŞ-dan Ermənistana gətirilməsi üçün erməni diasporasına yardım çağırışı edilir. Qısa müddət ərzində iki günə diaspora bu işə bir milyon dollar toplayır və İrəvana göndərir. 2000-ci ildə prezident Robert Köçəryan (onun  ölümündən 44 il sonra) Dronun sümük  qalıqlarını Ermənistana gətirdib Aparan şəhərində piramida şəkilli abidə- məzarda dəfn edilməsini təşkil edir.

Amma biz azərbaycanlılar Soltan bəy kimi el qəhrəmanının harda uyuduğunu da bilmirik.


Kimdir Dro Kanayan? 

Elə bir başa vətən xaini, faşist cəlladı desəm, yanılmaram. Dro  (Drastamat Kanayan) 1may  1884 -cü ildə Irəvan quberniyasında anadan olub. Gimnaziyada təhsilini başa vurduqdan sonra Pyatiqorsk şəhərində hərbi təhsil alır, 1903-cü ildə  Daşnaksütyun partiyasına qoşulur.

1905-ci ildə meydana gələn erməni-müsəlman qarşıdurmasında Zəngəzur mahalının Qarakisə bölgəsində yaşayan azərbaycanlıları qırıb məhv etmək arzusu ilə hücum edən  general Qazar Stepanyansın (el arasında Stepan davası adlanır) dəstəsinə qoşulur, müsəlmanlara qarşı kütləvi qırğınlar törədir, evləri yandırır, insanları doğma yurdlarından didərgin salır. Bu döyüşdə Qazar Stepanyans məğlub olur. Dro Zəngəzurdan qaçıb Bakıya gəlir. Bakıda erməni müsəlman qarşıdurması zamanı ermənilərin ölümündə günahkar saydığı şəhər meri Nakaşıdzeyə qarşı sui-qəsddə  iştirak edir və merin faytonuna bomba atır. Partlayış nəticəsində qubernator həlak olur. Bundan sonra Dro Kanayan  Qafqazdan qaçır, İranda, Türkiyədə yaşayır. Türkiyədəki,  erməni dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. Dro I Dünya müharibəsində türklərə  qarşı vuruşan və dinc əhaliyə qarşı kütləvi qırğınlar törədən erməni dəstələrindən birinə başçılıq edir.

1917-ci ilin may ayında General Nazaryan o zamankı Rusiya müvəqqəti hökumət başçısı Kerenskinin yanına gedir və xahiş edir ki, orduda olan erməni əsgərlərin buraxılmasına icazə versin. Onların iştirakı ilə yerli ermənilərdən  könüllülər toplayıb erməni ordusu yaratsınlar. Türklərə qarşı vuruşmanı gücləndirsinlər. Eyni zamanda, Nazaryan  Kerenskidən  silah da istəyir. Kerenski onun  bütün tələbini təmin edir. 

1988-ci ilin dekabrında Spitak (Hamamlı) bölgəsində baş verən zəlzələ zamanı Ermənistan rəhbərləri M.S.Qarbaçovdan Sovet ordusunda xidmət edən erməni əsgərlərin buraxılmasına icazə verməsini xahiş etdilər. Xahiş Qarbaçov tərəfindən təmin edildi. Həmin erməni əsgərləri Ermənistanda yerləşdirildi, azərbaycanlılara qarşı hücuma hazırlıq işlərinə başladılar, deməli, tarix təkrar olunurdu. Beləliklə, 1917-ci ildə Ermənistanda      35 min nəfərlik qoşun korpusu yaradıldı. Korpus üç diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü aparıldı. Hər diviziya azərbaycanlıları qırıb məhv etmək tapşırığını aldı.

General Aışyan, Dro Kanayan, Qareqin Nijde İrəvan, İrəvan ətrafı-Zəngibasar, Eçmiədzin, Qurudüzlü, Vedibasar, Qəmərli və Dərələyəz zonasında yaşayan azərbaycanlıları yer üzündən silmək tapşırığı aldılar. Dronun başçılıq etdiyi dəstə (diviziya) yuxarıda adları çəkilən bölgələrin əhalisini qılıncdan keçirir, evlərə od vurur, insanları damlara doldurub yandırırdılar.

Daşnaq  Dro sonralar özü kimi faşist dostlarına xatirələrini danışırmış:

-Göyçə gölü ətrafında olan kəndlərin əhalisini qışın oğlan çağında qayıqlara yığıb gölün ortasında qayığı saxlatdırdım, adamları gölə tökdürdüm.

-Ağına-bozuna baxmadan türkləri-azərbaycanlıları qırıb tökürdüm. Hərdən gülləyə heyfim gəlirdi. Bu köpəklərə qarşı ən əlverişli vasitə döyüşdən sonra sağ qalanların hamsını yığıb quyulara doldurur, üstündən ağır daşlar tökdürürdüm. Quyuya töküb qırmaq, təcrübəmi Quba qəzasında daşnaq lideri Hamazasp da edirmiş.

-Adamlarıma tapşırırdım ki, türkləri qovun dağlara  qoy dağlarda qırılsınlar, qurda- quşa yem olsunlar. Bir də tapşırırdım ki, qovulanlara isti paltar, yemək gətirmələrinə imkan verməyin. Bu şeyləri aparsalar diri qalıb bizim üçün təhlükə olarlar.

Dro Kanayanın quldur dəstəsi İrəvan ətrafı kəndlərə hücum edəndə Təkərli, Dərəçiçək, Gümüş kəndlərinin camaatını qırmış, damlara doldurub yandırmışlar. Kənəkir rayonunun indiki İrəvan şəhərini su ilə təmin edən Qırxbulaq zonasında olan 40 kəndin əhalisini elə qırmışdılar ki, bir nəfər də salamat qalmamışdı. Dronun daşnaq dəstəsi Dərələyəz bölgəsində mövcud olan 50-dən çox azərbaycanlı kəndinin əhalisini damlara doldurub, yandırıblar. Uluxanlı kəndinin camaatını Azərbaycana gedən qatarın 4 vaqonuna doldurub hamısını elə vaqonda qırıblar.

1918-ci ildə Erməni Milli Məclisi Dronun qarşısında Ağrı dağını tutmaq   vəzifəsini də qoyur. Həmin ilin aprelində qurulan Ermənistan Demokratik  Respublikası Dronu Qərbi Ermənistanın hərbi komissarı təyin edir. Qars və Ərzurum cəbhələrində Osmanlı ordusuna  qarşı döyüşür. Həmin il Ermənistanın Müdafiə Naziri təyin edilir. Bolşeviklərə qarşı daşnakların 1921-ci ildə qaldırdığı üsyanda fəal iştirak  edir, üsyan  yatırıldıqdan sonra Ermənistandan qaçır.

II Dünya müharibəsində Dro Qareqin Nijde ilə birlikdə alman ordusuna qoşulur, rus ordusuna qarşı döyüşürlər. Onlar  erməni hərbi birləşmələrinin təşkil olunmasında fəal iştirak edirlər. Dro kəşfiyyat və diversiya məqsədləri üçün ermənilərdən  ibarət və fəaliyyəti Simferapolda yerləşən  "Diomedar"  təşkilatı tərəfindən koordinasiya edilən qruplar yaradır, bu təşkilata rəhbərlik edir.

1942-ci ilin dekabrında General Dro və erməni yazıçısı Qaro Gevorksyan Henrix Himmlerin qəbulunda olublar. H.Himmlerə   pastor  Lepsisun "Erməni xalqının ölümcül yürüşü" kitabını təqdim edirlər. Henrix Himmlerin və Dronun çağırışı ilə 30 minə qədər erməni alman ordusuna qatılır, sovet ordusuna qarşı döyüşlərdə iştirak edir. Faşist Almaniyası müharibədə məğlub olduqdan sonra  Dro Avropanı tərk edir.

SSRİ onu amansız vətən xaini, faşist cəlladı hesab edir. KQB-nin hazırladığı siyahıda ən önəmli yer alır. Bax buna görə Ermənistana gedə bilmir. ABŞ, İsrail və SSRİ müharibə canilərinin ovuna  başlayanda Dro yaxalanmamaq üçün Beyruta gedir. Orada gizlənir. Bir müddət sonra Livanlı erməni diasporunun yardımı sayəsində mühacir statusunda  ABŞ-a gedir. O, özü ilə ömrünün sonuna qədər bəs edən sərvət aparır. Massaçusets Ştatının Boston şəhərində yaşayır. 1956-cı ildə 72 yaşında gəbərir və Massaçusetsdə  basdırırlar.

Baxın, işğalçı dövlətin rəhbərləri onun ölümündən 44 il sonra vətən xaininin sümüklərini ABŞ-dan gətirib qəhrəman kimi gələcək nəsillərə təbliğ edirlər, vicdan əzabı çəkmədən, abır-həya bilmədən 1418 gün davam edən müharibədə iyirmi milyondan çox Sovet insanının qanına susayan 75 mindən çox şəhər və kəndləri xaraba qoyan faşizmə xidmət edən, satqın, riyakar, qaniçən bir insanı "milli qəhrəman" kimi tarixə salmaq heç bir məntiqə sığmır. Bu yalnız erməni millətinə, erməni xislətinə məxsus olan xüsusiyyətdir. Nə yazıqlar ki, Rusiya kimi böyük bir dövlət bu riyakarlığa göz yumur, öz haqq səsini qaldırmır. Bunun nəticəsidir ki, ermənilər daha da azğınlaşırlar. Vaxtında satqın, cəllad, quldur Andronikə abidə ucaldan, onu "milli qəhrəman" səviyyəsinə qaldıran erməni daşnaklarına lazımi cavab verilsəydi, nəticədə belə olmaz, faşist köpəyi  Nijdeyə də abidə ucaldılmazdı.


Əvəz Mahmud Lələdağ

SDU-nun müəllimi

Rəy bildir +
Oxşar xəbərlər
Kimdir Njde?
18:3811 dekabr

Kimdir Njde?

Mən Zəngəzur mahalında boya-başa çatmışam. Əsrin  əvvəllərindən erməni millətçiləri, onların havadarları orda yaşayan azərbaycanlılara həmişə bəla olublar. Biz gözümüzü açıb sovet ideologiyası ilə tərbiyələnmişik, beynəlmiləlçi olmuşuq. Ona görə də bizə qarşı törədilən çox hadisələrin

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Dağıdıcı zərbə!
18:2014 oktyabr

Dağıdıcı zərbə!

Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan format çox uğurla seçilmişdi. Gələn il İkinci Dünya müharibəsinin başa çatmasının 75-ci ildönümünün qeyd olunacağı faktı vaxtında müzakirə olunub və məhz bu kontekstdə Azərbaycan Prezidentinin çıxışı aktual

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

...və nida işarəsi!
16:5708 oktyabr

...və nida işarəsi!

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədaxili ziddiyyətlər və dərinləşən böhrandan diqqəti yayındırmaq üçün etdiyi növbəti spekulyasiya beynəlxalq ictimaiyyətin qınağı və hökumət başçısının siyasi xal itkisi ilə nəticələndi.