İSTİ XƏBƏRLƏR
» » Millinin yeni baş məşqçisi kim olacaq?

Millinin yeni baş məşqçisi kim olacaq?


Əsas namizədlər "168 saat"a danışdı

Ötən həftənin cümə günü baş tutan AFFA İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin bu ilin fevral ayından tutduğu postdan ayrılacağı dəqiqləşdi.  

Əslində hələ çox öncədən Elxan Məmmədov verdiyi müsahibədə yığmanın uğursuzluğuna görə baş məşqçi ilə futbolçuları günahlandırmaqla Nikola Yurçeviçin yığmadakı gələcəyini təxmin etməyə imkan yaratmışdı. Milli komandamızın cari seçmə mərhələni cəmi bir xalla tamamlaması məlum sonluğu qaçılmaz etmişdi. Məhz bu səbəbdən Azərbaycan milli komandamıza namizəd olan çalışdırıcıların adları hələ noyabr ayının sonlarından gündəmə gəlməyə başlamışdı.  Bəs görəsən, AFFA-nın divarları arasında hazırda hansı mütəxəssislərin namizədliyi müzakirə olunur?

Azərbaycan milli komandasının baş məşqçisi postuna əsas namizəd vaxtilə yığmamızı çalışdırmış Robert Prosineçkidir. 2014-cü ildən 2017-ci ilə qədər ölkəmizin bir nömrəli komandasına rəhbərlik etmiş xorvat məşqçinin Bosniya və Hersoqovina yığmasının baş məşqçi postundan ayrılmasından sonra adı gündəmdən düşmür.

"Niyə də yox?!" şüarı ilə yola çıxdığı DÇ-2018-in seçmə mərhələsində ilk üç oyunda 7 xal yığmaqla hər kəsi təəccübləndirən xorvat mütəxəssis sonda 10 xalla kifayətlənsə də, ədalət naminə rəqiblərdən San-Marinodan 6 xal aldığımızı da unutmamalıyıq. Yəni 10 xal Azərbaycan yığması üçün rekord olsa da, San-Marinonun varlığında fenomenal nəticə deyildi. Amma istənilən halda Prosineçki ölkəmizdə keçirdiyi üç il ərzində yararsız olmadığını göstərdi. Ən əsası da xorvat mütəxəssis azərbaycanlı futbolçuların potensialından da az-çox xəbərdardır, yəni tanışlıq, uyğunlaşma prosesinə vaxt getməyəcək. Üstəlik, Prosineçkinin "hakimiyyət"i zamanı "niyə də yox?!"un yaranmasını şərtləndirən amillərdən biri də bir çalışdırıcının yetirmələrinə psixoloji təsir bacarığı idi. 

Milli komandamıza yenidən rəhbərlik etmək məsələsi haqqında danışmaq istəməyən xorvatiyalı çalışdırıcı ölkə mediasına açıqlamasında hələlik Zaqrebdə dincəldiyini bildirmişdi. Yığmamızın sabiq baş məşqçisinin türkiyəli meneceri Yaşar Çalışır isə məsələni "168 saat"a dəyərləndirmək istəmədi. 

Yığma komandamızın baş məşqçisi postuna digər namizədin isə türkiyəli Bülent Korkmaz olduğu bildirilir. Bu yaxınlarda Bakıya səfər edən "Qalatasaray"ın sabiq kapitanının yaxın dostunun qızının toyunda iştirak etmək məqsədi ilə paytaxtımıza gəldiyi açıqlansa da, AFFA-nın namizədlər siyahısında olduğu da istisna olunmur. Hərçənd "Bakı" nın keçmiş baş məşqçisi "168 saat" qəzetinə açıqlamasında bunu təkzib etdi: "AFFA ilə heç bir danışıq aparmıram. Federasiyadan təklif almamışam. Təklif olsa belə, AFFA-nın nə istədiyi, komandanın qarşısına hansı hədəfləri qoyduğunu bilməliyəm. Prinsipcə, Azərbaycanda işləyərəm, ancaq əvvəlcə şərtlərlə tanış olmalıyam." 

AFFA rəsmilərinin milli komandanın potensial çalışdırıcısı qismində danışıqlar apardığı yeganə türkiyəli mütəxəssis Bülent Korkmaz deyil. Belə ki, Yılmaz Vuralın da adı milli komandamızla birgə hallanır. Hərçənd məsələylə bağlı "168 saat"a danışan təcrübəli mütəxəssis milli komandamızdan təklif almadığını dedi: "Azərbaycandan mənimlə əlaqə saxlayan olmayıb. Milli komandadan heç bir təklif almamışam. Düzdür, indiyə qədər həm bir neçə dəfə bu təyinat gündəmə gəlmişdi, ancaq alınmadı. Berti Foqtsun gedişindən sonra Azərbaycan seçməsinə rəhbərlik etməyə yaxın idim, amma baş tutmamışdı." Yadınzdadırsa, bir müddət öncə 66 yaşlı məşqçi Türkiyə mətbuatına açıqlamasında ölkə xaricindən təklif aldığını və danışıqlar müsbət yekunlaşarsa, milli komandaya rəhbərlik edəcəyini açıqlamışdı. Xatırladaq ki, bundan öncə də bir neçə dəfə millimizə gətirilməsi gündəmə gələn Vural Bakıda federasiya rəsmiləri ilə görüşdüyünü bildirmişdi. 

Xatırladaq ki, adını sadaladığımız məşqçilərlə yanaşı, Albaniya milli komandasının sabiq çalışdırıcısı Covanni de Byazi və Moskva "Spartak"ının keçmiş baş məşqçisi Massimo Karreranın da adı Azərbaycan milli komandası ilə hallanır.

Rəy bildir +
Oxşar xəbərlər
Mircavadovdan Yurçeviçə qədər nə dəyişib?
18:0826 noyabr

Mircavadovdan Yurçeviçə qədər nə dəyişib?

Ötən həftə futbol üzrə Azərbaycan milli komandasının daha bir seçmə mərhələni geridə qoyduğundan xəbərdarsınız. Bununla da, ümumilikdə 13-cu dəfə seçmə mərhələdə iştirak edən millimiz 7-ci dəfə qatıldığı Avropa çempionatının seçmə mərhələsini başa vurdu. AÇ-2020-nin qrup mərhələsi həm də bir

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

AFFA-nın milli planı: Tanış simalar yoxsa, italyanlar?
12:1406 noyabr

AFFA-nın milli planı: Tanış simalar yoxsa, italyanlar?

Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki Macarıstan matçından sonra həmin görüşün son dəqiqələrində Bəhlul Mustafazadənin baş hakim tərəfindən qeydə alınmayan "təmiz" qolu uzun müddət müzakirə mövzusu oldu. Sonradan "Qarabağ"ın Avroliqada APOEL-lə baş

UEFA-nın həyata keçirdiyi yenilik millimiz üçün nə vəd edir?
09:3408 oktyabr

UEFA-nın həyata keçirdiyi yenilik millimiz üçün nə vəd edir?

Yadınızdadırsa, bir beçə gün əvvəl  UEFA  Millətlər Liqasının formatında dəyişiklik edilməsi ilə bağlı qərar verdi. Ali futbol qurumunun son iclasından sonra 2020/21 mövsümündə ilk üç - A, B, C divizionunun hərəsində 16 komandanın, D divizionunda isə ən zəif  7 yığmanın çıxış edəcəyi dəqiqləşdi.

Millidə son durum necədir?
15:5004 iyun

Millidə son durum necədir?

Təxminən bir ay öncə başa çatan Topaz Premyer Liqasının yekunlaşmasının ardından ölkəmizin futbol arenasında həyəcan səngisə də, milli komandamızın AVRO-2020-nin seçmə mərhələsində "ev" oyunlarının yaxınlaşması həyacanın minumuma enməsini əngəlləyir. Nə də olsa, yığmamızı  yaxın günlərdə vacib