İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Lətifələrin reytinqi

5-ci yer

Bir gün Hadı Rəcəbli bir mayorla eyni kupedə Ağstafa qatarıyla Şəmkirə yollanır. Yol boyu yeyib içirlər, gecə yarıya kimi iki litri gillədirlər. Hadı provodniki çağırır ki, məni Şəmkirdə oyadarsan.

Yıxılıb yatırlar.

Provodnik səhər ertə gəlib Hadını qaldırır ki, dur, Şəmkirdir.

Hadı Rəcəbli paxmeldən başı şişmiş halda durur, əl atıb öz pencəyinin əvəzinə mayorun kitelini geyinir.

Gedib əl-üzünü yuyanda baxır ki, mayor kitelindədir.

Başını bulayıb deyir:

-  Nə axmaq adamdır ə, bu provodnik. Demişəm məni durğuz, gedib mayoru durğuzub.

***************

4-cü yer

Ömürlük həbs cəzası alan məhbusdan soruşurlar ki, sənə nəyə görə ömürlük veriblər?

Deyir:

-  Mən KAM-az sürücüsüydüm. Bir dəfə sürətlə gedirdim, birdən gördüm uşaqlar yolu keçir. Tormozu sıxdım, tutmadı. Uşaqları basmamaq üçün sağa-sola baxdım. Gördüm sağda bazardır, ora döndərsəm çoxlu adam öləcək. Solda iki ağsaqqal nərd oynayırdı. Dedim, elə ora döndərim, bunları vursam mənə az iş verərlər. Maşını döndərdim onların üstünə.

Sual edirlər:

- İki ağsaqqala görə sənə ömürlük həbs verməzlər axı.

- Həmin mament ağsaqqallar qaçıb girdilər bazara...

***************

3-cü yer

Türk lətifəsi.

2 milyon avroluq axırıncı model Bugatti Veyron ilə 260 km/saat sürətlə gedərsiniz. 18 dəqiqə sonra təkərləriniz yanmağa başlayacaq.

Ancaq qorxmağınıza gərək yox.

Çünki bu sürətlə getsəniz cəmi 13 dəqiqə sonra benzininiz qurtaracaq.

Ancaq bundan da qorxmanıza gərək yox. Çünki sizin Bugatti Veyronunuz yoxdur, olmayacaq da.

***************

2-ci yer

Bir gün bir kişi nevroloqun yanına gəlib deyir:

- Həkim, mən arvadımın dəli olduğundan şübhələnirəm. Məncə, o dəlidir.

Həkim: 

- Hardan bildiniz? 

Kişi:

- Evdə hər gün qanadlı ağ atlar uçur, amma arvadım onları görmür.

***************

1-ci yer

Çatda oğlanla qız tanış olurlar. İki gün yazışandan sonra Elmlər metrosunun girişində görüşmək qərarına gəlirlər. Qız yazır:

"Bəs mən sizi necə tanıyacam? Əlamətlərinizi yazardınız mümkünsə."

Oğlan cavab yazır:

"Normal oğlanam. Hamı necə, mən də elə. Bircə, sol gözüm yoxdur deyə qara örtüklə bağlayıram. Sağ ayağım da dizdən yuxarı kəsilib. Sol əlim gipsdədir. Başım anadangəlmə keçəldir. Qarnım da çox iridir, haradasa bir metrə yaxın irəli çıxıb. 

Məni tanıyasınız deyə əlimdə qəzet tutacam".

***************

Olmuş hadisə

Məşhur italyan aktyor Robert de Niro bir dəfə müsahibəsində belə söyləyir:

-  50 il öncə arvadımla mən çox kasıb idik. O vaxt mən balaca evdə yaşayır, köhnə maşın sürür, ağ-qara televizorda filmlərə baxırdım. Bununla belə, mən xoşbəxt idim, çünki hər gecə 19 yaşlı gözəl qız olan arvadımla yatağa girirdim. İndi mən çox varlıyam. Böyük villam, ən son model avtomobilim var, ev kinoteatrında kinoya baxıram. Əfsus ki, hər gecə 69 yaşlı qarı olan arvadımla yatağa girirəm.

Həyat yoldaşı aktyorun dərdinə duyğu ilə, anlayışla yanaşır və ona icazə verir ki, gedib 19 yaşlı bir qız saxlasın. Məhkəmə yolu ilə boşanmaya və əmlak üstünlüyünə nail olub Robertin yenidən balaca evdə yaşayıb köhnə maşın sürməsini də təmin edir.

***************

Kədərli

Köçəri eynək taxan bir qıza təklif edir ki, gəl sevgili olaq.

Qız deyir: "Düzdür, eynək taxıram. Amma kor deyiləm".

***************

Kəlam

"Həyatın nöqteyi-nəzərincə ən böyük varidat - vicdandır. Niyə? Çünki, kiməsə vicdan verilirsə, başqa heç bir zad verilmir."

***************

Etiraf

- Siz ailədə ad günlərini necə qeyd edirsiniz?

- Əgər arvadımın ad günüdürsə restoranda. Yox, əgər mənimkidirsə, qırmızı qələmlə təqvimdə.

***************

Feysbuk zarafatı

"Bu gün qanadı qırıq bir kəpənək gördüm. Yazığım gəldi. Üstünə "Redbull" tökdüm. Boğulub öldü.

Allah bəlanızı versin. Bəs deyirdiniz, "Redbull" qanadlandırır?!"

***************

Dodaqqaçdı

"Dünən feysdə status yazmışam ki, ölmək istəyirəm. Bu gün üç molla dostluq atıb".

***************

Azərbaycansayağı

- Bəsti xala, qızın necədir?

- Çox yaxşıdır. Elə gözəl həyat yoldaşı var. Həmişə gəzməyə aparır, hər şey alır. Çox xoşbəxdir.

- Bəs oğlun?

- Onu demə. Bir ifritə arvadı var. Gah deyir, məni gəzməyə apar, gah deyir, mənə onu al, bunu al. Zülüm verir uşağa.

***************

Etiraf

Boşanmaların sayı artır, ölən toya yazıldığımız yüz manatlarımız olur.

***************

Siyasi lətifə

Anekdotı. Ru portalından.

Moldovanın prezidenti İqor Dodon Vladimir Putinlə qazın qiymətində güzəşt edilməsi razılığına gəldi.

Ruslar isə Putinlə qazın qiymətində güzəşt edilməsi razılığına gələ bilmədilər, odur ki, ayın 1-dən qaz yenə bahalaşdı.

***************

Kəlam

"Nyuton başına düşən almanı oturub adam kimi yesəydi, indi fizika ömrümüzə paz olmazdı".

Tənbəl şagird

***************

Tarixin ən gözəl sitatı

Ən yaxşı erməni ölmüş ermənidir.


***************

Qara yumor

Bir tanışım var, vaxtı ilə çox imkanlı olublar. Birdən-birə çox bərbad duruma düşüblər. Maşınlarını satıblar, bağlarını, evlərini satıblar, qır-qızıldan bircəciyi belə qalmayıb. Axırda çörəyə pul tapmayanda bir qonşularının məsləhəti ilə gediblər falçıya.

Falçı deyib, sizə ağır cadu eləyiblər, özü də yaxın adamdır, 300 manat tapıb gətirin, cadunu silim.

Bu da gedib borc-xərc, 300 manatı düzəldib gətirib. Falçı dua yazıb, deyib, bir dənə qara it tapın, iti yaxşıca çimizdirin, itin çimdiyi suyu 1:2 nisbətində hamam suyu ilə qarışdırıb durulaşdırın, sonra həmin duanı atın o suya, ardınca da bütün ailə həmin suda çimin.

Belə də ediblər.

İndi yaxşı dermatoloq axtarır tanışım. Bütün ailəni qotur tutub.

Kimi məsləhət görürsününz?

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

OXUMASANIZ DA OLAR
10:5018 iyul

OXUMASANIZ DA OLAR

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor