İSTİ XƏBƏRLƏR
» » Varlanmaq istəyirsən, deyilmi?

Varlanmaq istəyirsən, deyilmi?


Böyük sərvətə malik iş adamları öz uğur yollarında mütaliənin əvəzsiz rol oynadığını daim vurğulayırlar. Bu günlərdə Kommersant-daily dərgisində Rusiyanın 3 məşhur gənc iş adamı Maks Kraynov, Oleq Tinkov və Denni Perekalski ilə mini-intervyu dərc olunub. Bol mütaliə edən, özləri də bir şeylər yazan bu uğurlu iş adamlarına cəmi bir sual verilib: kitabxananızın sizə hədsiz fayda gətirmiş ən yaxşı kitabları hansılardır?

Maks Kraynov:
- Kitabxanamda sevdiyim kitablar çoxdur. Mən əsasən ingilis dilində oxuyuram. Əcnəbi dildə bədii ədəbiyyat oxumaq beyinə hədsiz fayda gətirir. Mən uğur qazanan insanların tərcümeyi-hallarını oxumağı sevirəm. Bu, mənə öz səhvlərimlə barışmaq, onlardan üzülməmək öyrədir. Belə kitablardan biri Skott Adamsın "Bəxtigətirmə düsturu. Sizin uğurlu olmağınız üçün praktik vasitə" adlanır.
Bütün zamanların ən yaxşı fantastik yazıçısı Ayrek Azimovun tərcümeyi-halı da  öldürücü      dərəcədə maraqlıdır. Bu, uğurun tarixi deyil, məhz çətinliklərin, qorxu və həyacanların tarixidir. Həmin kitab "A memoir" adlanır.

Denni Perekalski.
- Mən bizneslə bağlı ele də çox kitab oxumamışam. Ancaq onlardan üçü mənə çox güclü təsir göstərib. Devid Oqilvinin "Oqilvi reklam haqqında" kitabını mən hələ universitetdə təhsil alanda oxumuşdum.
Bu kitab mənim gözlərimi açdı, göstərdi ki, ticarətdə uğur qazanmaq üçün insan ilk yerə alıcının maraqlarını qoymalıdır.
Rodjer Doysonun "Danışıqlar aparmaq sirləri" kitabını mənə anam bağışlayıb. Bu kitabda yüzdən çox dəyərli məsləhət yer alıb. Onlardan biri əsil biznes bələdçisidir məncə: "Qiymət satıcının məhsulun üstünə yazdığı rəqəm deyil, qiymət alıcının o məhsul üçün nə qədər pul ödəmək istəyidir".
Siz nəyisə alanda satıcının dediyi qiymətə narazı intonasiya ilə "Neçə, neçə?" deyə reaksiya versəniz, heç bilirsiniz qiyməti nə qədər aşağı sala bilərsiniz?
Cek Lyuis və Adrian Vebsterin "Beyin. Qısa xülasə" kitabı isə mənə biznesi daha dərindən öyrənməkdə kömək olub. Axı biznesin quruluşu ilə bizim beynimizin quruluşu, demək olar ki, oxşardır.

Oleq Tinkov.
- Mən hər il fərqli-fərqli kitabları başqalarına tövsiyə eləyirəm. Bax məhz bu gün siz soruşursunuz və mən cavab verirəm ki, hazırda ən çox sevdiyim kitablar bunlardır:
Napaleon Hill. "Düşün və varlan". 
Varlanmağın klassik dərsliyi sayılan bu kitabın 70 il əllərdən düşməməsi, əlbəttə, çox şeylərdən xəbər verir. Bir çox insanlar, o cümlədən də mən bu kitab vasitəsilə öz kapitalımızı yüksəltmişik.

Ceyson Frayd, Devid Hansson. "Rework". 
Bir pritça söyləyim. Bir balıqçı varmış, öz qayığı ilə balıq tutar, sonra da dincələrmiş. Sonra onun beyninə ikinci qayığı almaq düşür. Alır. Sonra növbətini, növbətini...  Axırda bütöv bir donanmaya sahib olur. Tonlarla balıq tutdurub satdırır. Çox varlanır. Amma daha dincələ bilmir, bütün vaxtı işə sərf olunur. Nəhayət,  bir gün o, hər şeydən bezib öz kəndinə qayıdır, köhnə qayığını tapıb yenə dənizə tilov atır.. 
Yəni ki, insan hardan başlayırsa ora da qayıtmalıdır. Sonsuz gərginliklər, özünə zülmetmələr boşunadır.

Təqdim etdi: Nərmin MüşfiqzadƏ
Rəy bildir +
Oxşar xəbərlər
Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə