İSTİ XƏBƏRLƏR
» » Dünya azərbaycanlılarının həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var

Dünya azərbaycanlılarının həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var

Sumqayıt şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə ümumşəhər bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirən Zakir Fərəcov, 2019-cu ilin Sumqayıt üçün də uğurlu olduğunu qeyd edib.

Çıxışlarda qeyd olunub ki, son illər həyata keçirilən geni miqyaslı, uğurlu layihələr şəhərin simasını tamamilə dəyişib. Bu gün 70 yaşlı Sumqayıt müasir, böyük sənaye potensialına malik, sürətlə inkişaf edən, gündən–günə abadlaşan bir şəhərdir.

Sonra şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Bayram şənliyi respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıt şəhəri 70 illik yubileyini möhtəşəm bayram tədbiri ilə qeyd edib
17:3819 noyabr

Sumqayıt şəhəri 70 illik yubileyini möhtəşəm bayram tədbiri ilə qeyd edib

Sumqayıt öz şanlı yubileyini – şəhər statusu verilməsinin 70 ilini qeyd edir. Bu münasibətlə noyabrın 19-da Sumqayıtın əsas meydanında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ümumşəhər yubiley tədbiri keçirilib.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli