İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Nizaməddin müəllim

Təbii ki, həftənin ən gurultulu hadisəsi Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun həbsi oldu. İlkin məlumata görə, bu şəxslər Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən yaxalanıblar. Sonrakı məlumata görə isə Maliyyə Nazirliyi bir müddət öncə yoxlama apararkən Nizaməddin Quliyevin mənimsəmə və korrupsiya faktlarını aşkarlamışdı, bu səbəbə görə həbs ediliblər.

10 ildir ki, icra hakimi işləyən, Goranboydan Ağstafaya keçən, YAP-ın üzvü olanbaşçı da, YAP-ın yerli təşkilatına rəhbərlik edən müavini də həmişə tərifləniblər, başçı “Şöhrət” Ordeni, müavinsə “Tərəqqi” medalı alıb.

Başçı və müavininə qarşı 179.3.2-ci (külli miqdarda mənimsəmə), 311.3-cü (külli miqdarda rüşvət alma) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Çox maraqlıdır, Nizaməddin müəllim nəyə görə həbs olunsun axı?

Tramp 

ABŞ-da mövcud prezident Donald Tramp əleyhinə kampaniya geniş vüsət alıb. Hətta Senatın prezidentə qarşı etimadsızlıq göstərməsi, impiçment qərarının ola biləcəyi də gündəmdədir. Bu həftə solçu "Kristianiti Tudey" nəşri Donald Trampı yıxıb sürüyən, onun yerinə demokratların ən layiqlisinin prezident seçilməsinin vacibliyini bildirən məqalə dərc etdi.

Donald Tramp da buna hədsiz əsəbiləşərək öz Tvitter hesabında yazdı: "Kristianiti Tudey istəyir ki, Donald Trampın yerinə inancsız, vecsiz birisi dövlət başçısı olsun. Boş xəyaldır. Demokratlar heç nə əldə edə bilməyəcəklər."

Deyilənə görə, Tramp bunu yazıb və üstündən də məmnun-məmnun iki qədəh viski içib.


Hacı Madər

Parlamentin buraxılması və inanılmaz sürətlə yeni parlament seçkilərinin elan olunması gündəmi zəbt etdiyindən indi medianı ancaq bir şey maraqlandırır: Kim namizədliyini irəli sürəcək, kim sürməyəcək! Kimə etimad göstərilə bilər, kimə yox! və s. və i.

"Namizədliyimi irəli sürməyəcəm"

 deyən sabiq deputatlardan biri də Hacı Madər idi ki, seçicilərinin "Qadan alım, Hacı, sənsiz nə parlament" deyərək onun yenidən parlamentdə görmək istəyinin qarşısında o, yenidən namizədliyi irəli sürüb 10 saylı Binəqədi III dairəsindən.

Oxuculara bildirək ki, 72 yaşlı Hacı Madər əsil Hacıdır, əmək fəaliyyətinə kiçik satıcı kimi başlayıb, "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsinə qədər yüksəlib, elə o vəzifədən də parlamentə düşüb, on beş ildir ki, deputatdır.

Hər bir deputat mütləq hansısa sahədə peşəkar olmalıdır. Hacı Madər də öz ticarət işinin peşəkarıdır. Əsil parlamentlikdir.

Niyə də təkrarən deputat olmasın?

Mübariz Qurbanlı

Bu həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çox vacib bir açıqlama ilə yadda qaldı:

- Azərbaycanın qazandığı uğurlar bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin müsbət beynəlxalq imicinin və uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə vaxtaşırı Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Bu cəhdlər əbəsdir. Onlar heç nəyə nail ola bilməyəcəklər, Azərbaycanda xalq - lider birliyi mövcuddur.

Bizsə bu yerdə bir şey əlavə edək. Konstruktiv tənqid də olar, arqumentli çıxışlar da olar. Amma heç nə təhqirə icazə vermir. Xarici ölkələrdəki bəzi şəxslər açıq-aşkar ölkə rəhbərini təhqir edirlər, hətta biri Hollandiyada onun iri şəklini yerə sərmişdi ki, insanlar üstündən keçsinlər.

Mübariz müəllim, bu cür rüsvayçı hallarla mübarizə aparmaq lazımdır, amma adi bəyanatlarla yox, hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə!

Soğan

Bir müddət öncə eks deputat Aqil Abbas əhalini soğan əkməyə çağırmışdı, bu sahənin kifayət qədər gəlirli olduğunu bildirmişdi.

Ölkə prezidentinin yanında keçirilən müşavirədə Bərdənin icra hakimiyyətinin başçısı Vidadi İsayev də çox maraqlı faktlar ortaya qoydu:

-  Bu il Bərdədə soğan əkinindən bərdəlilər 13 milyon manat xalis qazanc götürüblər. Soğanın bir kisəsindən götürülən gəlir gömrük ixrac rüsumunun ləğvi hesabına 4 manatdan 44 manata qalxıb. Bərdəlilər bu il 4 xarici ölkəyə soğan ixrac ediblər.

Beləliklə, soğan adlı tərəvəz öz adını tarixin bax bu dönəminə möhkəmcə yaza bildi. Hətta ola bilər ki, şəhərlilər də bu xəbəri eşidib eyvanlarında soğan əksinlər. Atalar isə soğana olan qeyri-etik münasibəti aradan götürüb "Soğan yeməmisənsə, için niyə göynəyir" məsəlini ləğv etsinlər.


Rəngli inqilab

Bu həftə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Konstitusiya Mühafizə idarəsinin keçmiş rəhbəri Tiqran Barseqyan sensasiyalı bir bəyanat verdi: "Rusiya Ermənistanda rəngli inqilab hazırlayır."

O, əminliklə söylədi ki, 2007-ci ildə Rusiya ilk belə bir cəhddə bulunub. Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu çevrilişin qarşısını ala bilib, rusların namizədi olan Aleksandr Arzumanyanın (Ermənistanın keçmiş xarici işlər naziri, hazırda Danimarkadakı səfir) prezident olmasına imkan verməyib.

Əlbəttə, biz deyə bilmərik, Tiqran Bars

eqyan nə dərəcədə haqlıdır, Rusiya doğrudandamı Ermənistanda inqilab etmək istəyir, ya yox.

Biz bircə şey deyə bilərik: Ermənistanda haçansa rəngli inqilab olsa, o, mavi rəngdə olacaq.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıta hansı məşhur yazıçılar gəlmişdi?
17:3108 oktyabr

Sumqayıta hansı məşhur yazıçılar gəlmişdi?

Qazaxıstanın  xalq yazıçısı, əmək qəhrəmanı. Linqvistik tədqiqatların, xüsusilə də türk elementlərinə həsr olunmuş "İqor alayı haqqında söz"ün müəllifi kimi şöhrət qazanmışdır. Sovet dövrünün çoxsaylı orden və medalları, o cümlədən Fransanın incəsənət və ədəbiyyat ordeni, Ukraynanın Knyaz Yaroslav

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
18:1406 avqust

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

İsti günlərin pikinin yaşanması, pomidorla qarpızın qiymətinin düşməsi, yüksək çinli bir məmurun paxırlarının açılması və s. Bütün bunları bir kənara qoyaq, həftənin ən başlıca hadisəsi Yaponiyada uçan motosikllərin istehsalına başlanması oldu. Belə ki, Tokioda yerləşən "ALİ Technologies inc." adlı

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor