İSTİ XƏBƏRLƏR
» » Prezident son müşavirədə Sumqayıt barədə nə dedi?

Prezident son müşavirədə Sumqayıt barədə nə dedi?



Xəbər verildiyi kimi Prezident İlham Əliyevin yanında  pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib. Prezident çıxışında son illərdə Sumqayıt şəhərində istifadəyə verilmiş sənaye müəssisələrinin əhəmiyyətinə diqqət çəkib. 

Ölkə rəhbəri çıxışında qeyd edib ki, Azərbaycanda pestisid zavodu yaradılıb, bu da çox önəmli məsələdir: "Mənim təşəbbüsümlə gübrə və polimer zavodları da fəaliyyət göstərir. Yəni, biz indi polimerdən hazır məhsul istehsal edə bilərik. Gübrələri xaricdən yox, daxili istehsalçılardan ala bilərik. Yəni, bütün bu addımlar bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, sürətlə inkişaf etsin və vətəndaşlar işlə təmin olunsunlar". 

Prezidenti İlham Əliyev  Sumqayıt Kimya Sənaye Parkında "Tabaterra" Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışının əhəmiyyətini vurğulayaraq bildirib ki, biz siqareti ixracyönümlü məhsul kimi görürük: "Bu il Sumqayıtda yeni siqaret fabriki açıldı. Biz həm idxaldan asılılığı azaldırıq, həm də böyük ixrac imkanı yaradırıq. Yəni, bütün bu sahələr bizim üçün ənənəvi sahələrdir". 


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli