İSTİ XƏBƏRLƏR
» » Nağdsız ödənişdən yayınanlar cərimələnəcək

Nağdsız ödənişdən yayınanlar cərimələnəcək


Nağdsız ödənişdən yayınanlara qarşı ciddi maliyyə sanksiyaları tətbiq olunacaq.

Vergilər Nazirliyindən verilən məlumata görə, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə 2020-ci ildən həmin maliyyə sanksiyalarının POS-terminalların quraşdırılmaması hallarına da şamil olunacaq.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Daha çevik   və əlçatan!
18:0224 sentyabr

Daha çevik və əlçatan!

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ölkədə mühüm dəyişikliklər baş verdi, bazar iqtisadiyyatına keçid başlandı, sahibkarlıq fəaliyyətinin inkişaf etməsinə təkan verildi və mülki münasibətlərin yeni hüquqi müstəvidə irəliləməsində əsaslı dönüş yarandı.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Vergidə islahatlar hansı nəticələr verir?
10:3022 may

Vergidə islahatlar hansı nəticələr verir?

Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfdən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5% çoxdu. Bu vəsaitin də 70%-ə yaxın hissəsi, yaxud, 1155,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI
11:2309 yanvar

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI

Əmanətlərin Sığortalanması Fondunun reyestrinə hazırda 30 bank daxildir, başqa sözlə, bu banklara qoyulan əmanətlər müvafiq qanun çərçivəsində həm də dövlət tərəfindən qorunur. Oxu.Az xəbər verir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanuna əsasən, iştirakçı bankların 9 yanvar 2019-cı il