İSTİ XƏBƏRLƏR
» » "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında Sumqayıt Bələdiyyəsinin rolu" mövzusunda tədbir keçirilib

"Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında Sumqayıt Bələdiyyəsinin rolu" mövzusunda tədbir keçirilib


"Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında Sumqayıt Bələdiyyəsinin rolu" mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkil olunan tədbirdə Ağsaqqallar və veteranlar şurasının və məhəllə komitələrinin üzvləri iştirak ediblər.

Çıxış edən Sumqayıt bələdiyyəsinin sədri Sultan Əsədov qeyd edib ki, Azərbaycan Respublikasının bütün bölgələri kimi, Sumqayıt şəhəri də dinamik inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin  rəhbərliyi, yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən abadlıq, quruculuq və tikinti işləri şəhərin simasını tamamilə dəyişib. Sumqayıtda aparılan abadlıq quruculuq işlərinə şəhər Bələdiyyəsi də öz töhfəsini verib.

Qeyd olunub ki, Yaşıl Dərə Massivinə və Xəzər Bağlarına asflat örtüyü döşənib. Novxanı bağları ərazisində yol genişləndirilərək yüksək keyfiyyətli asfalt vurulub.

Daha sonra çıxış edən Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri, Sumqayıtın fəxri vətəndaşı Müzəffər Gülümov  və digərləri bildiriblər ki, şəhərdə görülən işlər sistemli, planlı və müasir şəhərsalma prinsiplərinə uyğun olaraq, vahid yanaşmaya əsaslanan proqram çərçivəsində və konseptual şəkildə aparılır. Şəhərin inkişafı ilə əlaqədar nəzərdə tutulan tədbirlər mərhələ-mərhələ uğurla icra edilir.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli