İSTİ XƏBƏRLƏR
» » Corat məktəbinin 120 illik yubileyi qeyd olunub

Corat məktəbinin 120 illik yubileyi qeyd olunub


Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev, təhsil ictimaiyyətinin nümayəndələri, məktəbin məzunları və qəsəbə sakinləri iştirak edib.

Dövlət himninin səsləndirilməsindən sonra məktəbin tarixindən bəhs edən video rolik nümayiş olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb.

Şəhər rəhbəri Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsi ilə nəticələndiyini vurğulayıb.

Qeyd olunub ki, hazırda Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıtda 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binası tikilir, 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi işlərinə isə yaxın zamanlarda başlanılacaq.

Vurğulanıb ki, Corat qəsəbəsində 120 il öncə fəaliyyətə başlayan təhsil müəssisəsi böyük inkişaf yolu keçib, məktəbin tədris nailiyyətləri son illərdə daha da artıb.

Corat məktəbinin yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixlərinə həkk olunmuş çoxlu sayda tanınmış ziyalıları vardır. Qədim Corat məktəbinin məzunları arasında tanınmış, elm, təhsil, incəsənət və istehsalat adamları az olmayıb.

7 nömrəli tam orta məktəb Sumqayıtın çoxsaylı təhsil ocaqları arasında ən qədim məktəbdir. Məktəbin uğurla fəaliyyət göstərməsindən nə az, nə çox düz 120 il keçir. Üç əsrin tarixini yaşayan Corat məktəbinin hazırkı binası 1990-cı ildə tikilib. Mindən çox şagirdi olan məktəbdə tədris bir növbəlidir, şagirdlərin təlim - tərbiyəsi ilə 90 pedaqoji işçi məşğul olur.

Məktəbdə sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də yeni avadanlıqlar quraşdırılıb. Kompüter otaqları, zəngin kitabxana, məktəbin tarixi guşəsi, tarix muzeyi şagirdlərin ixtiyarına verilib.

Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Yubiley tədbirində incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Sonda məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə səmərəli fəaliyyətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.



Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə