İSTİ XƏBƏRLƏR
» » Tramvaylar geri dönür?

Tramvaylar geri dönür?


Tramvay xətlərini sökməklə Bakıya ziyan vurublar. Bu sözləri "Azərbaycan Dəmiryolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu gün Bakıda tramvay xətlərini yenidən tikmək çətindir, amma düşünülür:

"Biz bu məsələ ilə bağlı ölkə başçısına da müraciət etmişik. Bakı şəhəri Abşeronda yerləşdiyi üçün üçtərəfli su ilə əhatəlidir. Bakıya giriş-çıxış birdir və məhdudiyyət var. 

Tramvay yolunun tikintisi birbaşa dənizə qədər aparıldığı üçün məsələnin üzərində işləmək lazımdır. Artıq xarici şirkətlərə müraciət etmişik, öz mütəxəssislərimiz də sistemli layihə hazırlayır.

Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə bir neçə xətt çəkməklə Əhmədliyə, "Nasosnu"ya, Maştağa və Pirallahıya tərəf hərəkəti yüngül formada qatarlar vasitəsilə həyata keçirmək olar. Bu, bizim diqqətimizdədir".



P.S. Bəli, Sumqayıtlılar da öz tramvaylarını arzulayırlar və ümid edirlər ki, tezliklə Sumqayıtın küçələrində də onların səsi eşidiləcək.


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Proqnozlar  İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?
11:5317 sentyabr

Proqnozlar İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?

Ölkəmizin Avrokuboklarda yoluna davam edən yeganə təmsilçisi "Qarabağ" iki gün sonra Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. İndi bütün futbol ictiamiyyətini Azərbaycan çempionunun qrup mərhələsində necə çıxış edəcəyi maraqlandırır. Bu baxımdan, ölkəmizin idman mediasının

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Arvadını 18 bıçaq zərbəsi ilə öldürdü
17:1227 iyul

Arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Tufan Qurbanov arvadının başqa

Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.