İSTİ XƏBƏRLƏR
» » "Rahat" market bizi aldadır?

"Rahat" market bizi aldadır?


Şikayətçi Bakı-Sumqayıt yolunun kənarında yerləşən "Rahat" marketin filialından dəfələrlə aldığı məhsulun köhnə və ya iylənmiş çıxdığını bildirib

"Rahat" marketdən alınan məhsulun istifadəyə yararsız olması barədə redaksiyamıza şikayət məktubu ünvanlanıb. Şikayətçi Bakı-Sumqayıt yolunun kənarında yerləşən "Rahat" marketin filialından dəfələrlə aldığı məhsulun köhnə və ya iylənmiş çıxdığını bildirib. Onun iddiasına görə, sonuncu dəfə buradan aldığı toyuğun digər marketlərə nisbətən baha olmasına baxmayaraq, köhnəldiyini və xoşagəlməz iy gəldiyini qeyd edib.

Şikayətlə bağlı marketin həmin filialınının müdiri Ramin Abbasov açıqlama verib. Qiymətlərin baş ofisdən tənzimləndiyini deyən filial müdiri, marketdə köhnə məhsul satılmadığını iddia edib:

- Qiymətlərə biz nəzarət etmirik, baş ofisdən tənzimlənir. Müştəriyə satılan toyuğun köhnə olması ehtimal ki, məhsulun paketinə hava daxil olması ilə əlaqədardır. Marketdə köhnə, son istifadə tarixi keçmiş məhsullar satılmır. Məhsullara tarixlə bağlı nəzarət edilir. Həmin müştəri aldığı məhsulu marketə qaytarıb. Məsələni yerindəcə həll etmişik. Xanım müavinim bununla bağlı vətəndaşdan üzr istəyib. İşçilərdən izahatlar alınıb və digər tədbirlər görülüb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə marketlərin məhsullara qiymət təyin etmək baxımdan sərbəst olduqlarını vurğulayıb. O, "Rahat" marketin ərzaq məhsulları ilə bağlı əvvəllər də şikayətlər edildiyini deyib:

- Qiymətləri hər market öz istədiyi kimi təyin edə bilər. Bu barədə heç bir marketə qadağa qoyulmayıb. Sadəcə, məhsulun vitrində olan qiyməti ilə kassada vurulan qiymət eyni olmalıdır. Ancaq əksər hallarda vitrindəki qiymət aşağı, kassadakı qiymət isə yuxarı olur. Bu zaman istehlakçının şikayət etməyə hüququ çatır. Təşkilatımıza da "Rahat" marketin ərzaq məhsulları ilə bağlı bir neçə dəfə müraciətlər edilib. Vətəndaşlar aldıqları ərzaq məhsullarından narazı olduqları təqdirdə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə, məhsulun vitrində olan qiyməti ilə kassada vurulan qiymətinin fərqli olduğunu görüblərsə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsinlər. Aldıqları problemli məhsulu qaytara bilmirlərsə, bizimlə əlaqə saxlaya bilərlər.


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Böyük supermarketlərin   sahibləri kimlərdir?
17:2109 oktyabr

Böyük supermarketlərin sahibləri kimlərdir?

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 24,2 milyard manatlıq məhsul satılıb.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO