İSTİ XƏBƏRLƏR
» » Mixi yazılar necə əmələ gəlib?

Mixi yazılar necə əmələ gəlib?

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi

Bu gün kitabxanalarımızda, şəxsi kitab rəflərimizdə sevə-sevə yığıb bəslədiyimiz kitabxanaçılıq  ənənəsinin insan həyatındakı yaşı eramızdan  bir neçə min il əvvəl yaşamış aşşurlara və şumerlərə gedib çıxır. 
İlk kitabxanaların da məhz Azərbaycana aid olan torpaqlarda yaranmasını yəqin ki, çoxunuz bilmirsiniz.  Biz bu kitabxanalardakı yazıların vasitəsi ilə yurdumuzun necə qədim bir tarixə malik olmasından xəbər tuta bildik. İlk kitabxanalar haqıqında məlumatı isə Azərbaycan Elmlər Akademiyası Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun  alimi, "Azərbaycanın qədim tarixi" şöbəsinin müdiri Allahverdi Əlimirzəyev verdi. Alim aşşurların dövründə yaranmış kitabxanamızdan danışarkən dedi ki, qədimdə yazılar gil kitabələrə köçürülür, sonra sobalarda bişirilirdi. Bu da onların uzunömürlülüyünü təmin edirdi.
Belə kitabların  dünyadakı sayı təxminən 500 min ədədddir. Onların heç 20 faizi oxunmayıb. Tariximizlə bağlı orada kifayət qədər məlumat var. Mixi yazının kökündə şumerlərin  puktoqrafiyası durur. Şumerlər əvvəllər öz hesabat və tarixlərini həmin gil kitabələrə şəkillər, təsvirlər çəkməklə qeydə alıblar. Tədricən zaman keçdikcə, eradan əvvəl 2400 cü illərdə həmin  yazılar   mixi işarələr formasına düşüb.   Mixi yazılarla gil üzərində həkk olunan kitabələri Assuriya hökmdarı Aşşurbanipal öz sarayına yığmaqla, tarixin ilk kitabxanasını yaradıb. O, kitabxanasını üzü köçürülmüş kitablarla da zənginləşdirib. Onun kitabxanasında 30 mindən çox mixi yazılı gil kitabələr saxlanılırdı. Kitabələrdə  elmi biliklər, qanunlar, əsatirlər, ədəbi əsərlər, riyaziyyata, coğrafiyaya, təbabətə və başqa sahələrə dair mətnlər və lüğətlər də vardı. Bu yazıların sirri 1857-ci ildə açılıb və həmin kitabələr oxunmağa başlanıb.
Tarixçi alim, fəlsəfə doktoru, dosent Allahverdi  Əlimirzəyev mixi yazıların necə əmələ gəldiyinə də aydınlıq gətirərək bildirdi ki,   insanların ilk primitiv yazılarının məqsədi təsərrüfat həyatında baş verən önəmli hadisələri - icmanın gəlir və çıxarını, izafi məhsulun, işçi heyətin, ev heyvanlarının sayını hesablamaq və qeydə almaq olub. İlk dəfə amerikalı  aşşurşünas alim Ernest Şmart Mestahard  yazıların predmetli  olduğunu təsdiq edib. Belə ki, ilk yazılardan görünür ki, qədim dövrün insanları  şəhərlərarası, icmalararası mübadilə zamanı ticarət məqsədi ilə  bir şəhərdən o biri şəhərə gedərək alqı -satqı ilə məşğul olublar. Alıb-satdıqları malların hesabatını aparmaq üçün  gildən həndəsi predmetlər düzəldirblər. Bu predmetlər yumru formada, qövs formasında, paxlava formasında, üşbucaq formasında olmaqla, daşınan məhsulun adını və kəmiyyətini bildirirdi. Elmdə bu predmetlərə tokinz deyirlər. Belə predmetlərin ən qədimləri Anadolunun  Çatalquyu ərazisində  eramızdan əvvəl 9-cu əsrdə qeydə alınıb.Yalnız eramızdan əvvl 2400-cü ildən başlayaraq   həmin bu piktoqrafik yazılar mixi yazılar şəklini alaraq daşlara və gil lövhələrə köçürülüb.

Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

93,1 faiz niyə "hə" deyir?
10:4416 aprel

93,1 faiz niyə "hə" deyir?

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO