İSTİ XƏBƏRLƏR
» » "Burası, Şimalın sazaqlar yurdu" "Vot on, Sever, surovıy kray"

"Burası, Şimalın sazaqlar yurdu" "Vot on, Sever, surovıy kray"


Yekatrina Volodina

15 Noyabr 1973-cü ildə Tümen Vilayətinin Kondinski kəndində anadan olub. Sankt-Peterburq Şimali-Qərb Akademiyasını bitirib. "LiFFt" Birinci Ümumrusiya xalq jurnalının Tümen vilayəti üzrə redaktoru vəzifəsində işləyir. "Azad nəfəs", "Qanadlar", "Əbədi səma", "Qəlbin fəlsəfəsi", "Gümüş gün" və s. şeir kitabları nəşr edilib. 

Rusiya Yazıçılar İttifaqının, Ural Yazıçılar Assosasiyasının üzvü, "Səmavi sevinc" illik uşaq ədəbiyyatı  müsabiqəsi münsiflər heyətinin sədridir. Birçox Regional və Beynəlxalq ədəbi mükafatlar laureatıdır.

Nijnevartovsk şəhərində yaşayır.

Yekatrina Volodina ölkəmizdə keçirilmiş "LiFFt 2019" IV Avrasiya ədəbiyyat festivalının iştirakçısı olub.


Rus dilindən tərcümə edən: 

İbrahim İlyaslı


Burası, Şimalın sazaqlar yurdu,

Talelər kök atıb yerdə gör hara...

Adam ürəyini, ömrünü verər

Şaman tonqalında qığılcımlara.


Qədim düşərgəyə lal sükut çöküb,

Canlı əfsanələr, diri nağıllar...

Vınqa pur, Ult yaqun, bir də Torum ma -

Nə gözəl, nə süslü adlarınız var.


Gecənin sükutu, bəyaz vahimə,

İsti kürk içində yellənir dünya.

Lay-lay səsi gəlir lap qədimlərdən,

Ulu yaddaşından dillənir dünya.


Uyu, oğul bala, yellərə qarşı

Sənə güc göndərər müqəddəs ruhlar.

Bayırda qar, şaxta cövlan eləyir,

Bədhaxlıqlar səni unudubdular.


Qundaqda uyuyan körpələrini

Analar məşəltək ovcunda tutar.

Onlarda ümid var - uca göyləri

Bir maral saxlayır buynuzlarında.


Altda qoca maral bərk dayanıbdır,

Rahat nəfəs alır indi kainat.

Xeyirxah ruhuyla Yuqra yaşayır,

Hər gün zənginləşir bilgisi qat-qat.


Səhər...Süd rənginə boyanır günəş,

Üfüqdən boylanır yeni dan üzü.

Min illər keçsə də qarlı düzlərdə

Beləcə açılar səhərin gözü.

Rəy bildir +
Oxşar xəbərlər
İngiltərədə yaşayan sumqayıtlı şair:  "Biz həqiqəti deməyə utanırıq"
16:0922 noyabr

İngiltərədə yaşayan sumqayıtlı şair: "Biz həqiqəti deməyə utanırıq"

İngiltərədə yaşayan şair, tərcüməçi, sumqayıtlı Rauf  Qaraişıqla müsahibəni təqdim edirik.

“Bu gün dünya ədəbiyyatında şeir nəsrə uduzur”
11:4607 noyabr

“Bu gün dünya ədəbiyyatında şeir nəsrə uduzur”

Bu gün "Qonaq otağı"nda sumqayıtlı şair, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru , professor Rafiq Yusifoğludur.

Oljas Süleymenov, Radomir Andriç və başqalarından
17:2410 oktyabr

Oljas Süleymenov, Radomir Andriç və başqalarından

Biz - 4-cü “LiFFt” Avrasiya Ədəbi Festivallar Festivalının iştirakçıları olan yazıçılar oktyabrın 2-də “Salam, Azərbaycan!” müsabiqəsi çərçivəsində Sumqayıt şəhərində olduq. Şəhərin gözəlliyi və sumqayıtlıların qonaqpərvərliyi bizi valeh etdi.

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür