İSTİ XƏBƏRLƏR
» » “Məktəbimizdə” fotorubrikası bu dəfə Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinə həsr edilib

“Məktəbimizdə” fotorubrikası bu dəfə Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinə həsr edilib

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki fotorubrika Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinə həsr edilib.

1986-cı ildən Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəb kimi fəaliyyətə başlayan təhsil müəssisəsinə 1991-ci ildən lisey statusu verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hazırda liseydə 1538 şagird təhsil alır. 2018-2019-cu tədris ilində liseyin məzunları ali təhsil müəssisələrinə qəbul imtahanlarında 100 faiz nəticə göstərib. 48 məzundan 25-i 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb.

Məzunlardan 4 nəfəri Prezident təqaüdünə layiq görülüb.

Qeyd edək ki, “Məktəbimizdə” fotorubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

Hansı Sumqayıt   məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?
15:4111 sentyabr

Hansı Sumqayıt məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?

2019-cu ildə Fənn Olimpiadalarının finalında şəhərimizin şagirdləri Respublika üzrə ən yüksək nəticələrdən birini göstərmiş, 23 nəfər şagirdimiz Olimpiadanın qalibi adını qazanmışdır. 3 şagirdimiz Olimpiadanın qızıl, 8 şagird gümüş, 12 şagird isə bürünc medala layiq görülmüşdür. Qaliblərin yarıdan

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

33 abituriyentimiz 650 bal yığıb
17:5223 iyul

33 abituriyentimiz 650 bal yığıb

2018/2019-cu tədris ilində Sumqayıt Təhsil Şöbəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərini 2752 şagird bitirib.