İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda yataqxanada 2 meyit tapılıb

Sumqayıtda yataqxanada 2 meyit tapılıb

Sumqayıt şəhərin 18-ci məhəlləsində yerləşən yataqxanaların birində 2 meyit aşkar olunub.

AZƏRTAC xəbər verir ki, qonşular 102 mərkəzinə zəng edib, mənzildən üfunət iyi gəldiyi bildiriblər. Müraciət əsasında müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar.

Araşdırma nəticəsində onların içki məclisindən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törətdiyi məlum olub. Onların məhz tüstüdən zəhərlənərək öldükləri istisna olunmur.

Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu, 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sən gərək Sumqayıtın bugününü görəydin!
11:3031 oktyabr

Sən gərək Sumqayıtın bugününü görəydin!

Ata, düşünürəm ki, bir vaxtlar Sumqayıta gəldiyin əsas giriş yolunun bu gün necə genişləndirildiyini, yolun hər iki tərəfində milli memarlıq elementlərindən istifadə edilməklə "bürclər"lə bərkidilmiş qədim qala sədləri şəklində divarlar hörüldüyünü, bütün yol boyu yerli və ekzotik ağaclar,

Böyük supermarketlərin   sahibləri kimlərdir?
17:2109 oktyabr

Böyük supermarketlərin sahibləri kimlərdir?

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 24,2 milyard manatlıq məhsul satılıb.

Tüfənglər gec-tez açılır
15:4707 iyun

Tüfənglər gec-tez açılır

- Ramazan, ay Ramazan, hardasan can balam! Əsil adı Əmir olsa da,  ona yaşadıqları Rəhimoba kəndində "Ramazan" deyə çağırırdılar.  Əmir anasının  səsini eşidib otaqdan eyvana çıxdı:

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor