İSTİ XƏBƏRLƏR
» » Sumqayıt teatrı 2020-ci ilin ilk həftəsonu tamaşalarını təqdim edir

Sumqayıt teatrı 2020-ci ilin ilk həftəsonu tamaşalarını təqdim edir



Sumqayıt Dövlət Dram Teatrı 2020-ci ilin ilk həftəsonu tamaşalarını təqdim edir. Ötən ili maraqlı və zəngin repertuarla başa vuran teatr 2020-ci ildə də bir sıra maarifləndirici layihələr gerçəkləşdirəcək. Eyni zamanda, tamaşaçıların teatra cəlb edilməsi üçün həftəsonu tamaşalarının mütəmadi nümayişi bu il də davam etdiriləcək.

Teatrdan AZƏRTAC–a bildirilib ki, hər zaman tamaşaçıların zövqünü oxşayan, mədəni istirahətini təmin edən Sumqayıt Dövlət Dram Teatrı ilin ilk ayında klassik komediyalar, müasir dünya dramaturgiyasından nümunələr, eyni zamanda, vətənpərvərlik ruhunda əsərlərin nümayişini nəzərdə tutub.

Belə ki, ilin ilk şənbə və bazar günlərində - yanvar ayının 11 və 12-də truppa M.F.Axundzadənin “Hacı Qara” komediyası və Amerika dramaturqu Con Patrikin “Qarını öldürməliyik” əsəri tamaşaçılara təqdim ediləcək.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

"Səsimə səs verən tapılmadı…" Azərpaşa Nemətova səslənirəm ki...
18:4716 oktyabr

"Səsimə səs verən tapılmadı…" Azərpaşa Nemətova səslənirəm ki...

Bu gün  Qonaq Otağında  Sumqayıt Dövlət  Dram Teatrının  aktyoru, əməkdar  artist Cəlal  Məmmədovdur.

Sumqayıt Teatrı   "Solğun çiçəklər"i dirçəltdi
09:2511 oktyabr

Sumqayıt Teatrı "Solğun çiçəklər"i dirçəltdi

H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci Teatr mövsümünü böyük dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırlanmış tamaşa ilə açmışdır. Görkəmli sənətkarın 120 illik yubileyi münasibətilə səhnələşdirilmiş əsər tamaşaçılara istedadlı teatr və kino rejissoru

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar