İSTİ XƏBƏRLƏR
» » İranın etirafı hansı suallar yaradıb?

İranın etirafı hansı suallar yaradıb?

Hərbçilər İranın ali rəhbərliyini aldadıbmı?

İran bu həftənin əvvəlində qəzaya uğrayan Ukrayna təyyarəsini "təsadüfən" vurduğunu etiraf etdi. Halbuki İran hökuməti Qərbin irəli sürdüyü bu kimi ittihamları dəfələrlə rədd etmişdi. "Associated Press"in Tehrandan yaydığı xəbərdə belə deyilir.

Təyyarə çərşənbə günü erkən vurulub. Bu müdhiş hadisədən bir neçə saat öncə isə İran Bağdaddakı ABŞ hərbi bazasına 12 ədəd raket buraxmışdı. Hücum general Qasım Süleymaninin qətlindən dolayı ABŞ-dan qisas almaq məqsədi güdürdü. Hücumdan dərhal sonra İranın dini lideri bəyan etdi ki, İranın keçirdiyi əməliyyat nəticəsində ABŞ 80 əsgərini itirib. ABŞ prezidenti Donald Tramp isə bəyan etdi ki, hücum zamanı bazada kimsə olmayıb və Amerika ordusu heç bir itki verməyib. Az sonra İran da hücum zamanı Amerikanın heç bir itki vermədiyini etiraf etdi.

İranın dövlət mediası tərəfindən hərbi rəhbərliyin yaydığı açıqlamada qeyd olunur ki, sözügedən təyyarə İnqilab Keşikçilərinin məskunlaşdığı "həssas hərbi mərkəzə" doğru dönüb, elə bu səbəbdən də "düşmən hədəfi" olaraq qəbul edilib. Həmin vaxt Birləşmiş Ştatlarla münasibətlərdə artan gərginlikdən dolayı ordu "ən yüksək hazırlıq vəziyyətinə" gətirilmişdi.

"Belə bir vəziyyətdə, insan səhvi ucbatından sərnişin təyyarəsi vurulub", - bəyanatda belə deyilir. İranın hərbi rəhbərliyi bu faciəyə görə rəsmən üzr istəyib və gələcəkdə bu kimi halların qarşısını almaq üçün müdafiə sisteminin təkmilləşdiriləcəyini bildirib. Təyyarəni səhvən vuranların məsuliyyətə cəlb olunacağı da bəyanatda öz əksini tapıb.

"Associated Press" bildirir ki, İranın qəzaya görə məsuliyyəti etiraf etməsi mövcud vəziyyəti dəyişə bilər. Belə ki, Qasım Süleymaninin öldürülməsindən sonra xalq ölkə rəhbərliyinin ətrafında birləşmişdi. Bu etirafdan sonra isə hökumətə olan ictimai rəğbət yenidən azala bilər.

Təyyarə qəzası qurbanlarının əksəriyyəti iranlılar və İran əsilli kanadalılar idi, amma İran rəsmiləri dəfələrlə təyyarənin raket zərbəsi ilə vurulduğunu inkar etdi və söylədi ki, bu kimi iddialar faciə qurbanlarının ruhuna təhqirdir. Biz İran olaraq Qərb təbliğatının bu kimi iyrənc iddialarını rədd edirik.

ABŞ və Kanada kəşfiyyat məlumatlarına əsasən İranın təyyarəni yer-hava tipli raketlə vurduğunu bildirdi. "Associated Press" tərəfindən yayılan və təyyarənin vurulma anını əks etdirən video da bu iddianın təsdiqi kimi təqdim olundu.

Rəsmilərin bildirdiyinə görə, Ukraynanın paytaxtı Kiyevə uçan təyyarədə bir çox ölkədən 167 sərnişin və 9 heyət üzvü olub. O cümlədən 82 iranlı, 57 kanadalı və 11 ukraynalı ölənlər arasında yer alır. Kanada hökuməti daha əvvəl 63 vətəndaşının öldüyünü bəyan etmişdi. Son dəqiqləşdirmədən sonra kanadalıların sayı 57 nəfərə enib.

Agentlik xatırladır ki, cümə günü İran milli aviasiya şöbəsinin müdiri Əli Abidzadə jurnalistlərə raketin qəzaya səbəb olmadığını "əminliklə" söyləmişdi.

Cümə axşamı isə Nazirlər Kabinetinin sözçüsü Əli Rabiei təyyarənin raketlə vurulmasını inkar edərkən bildirmişdir ki, belə iddiada bulananlar "qanı axan ağrılı bir yaranın üstünə düz səpirlər".

Agentlik bildirir ki, bu kimi bəyanatlardan sonra İran rəsmilərinin açıqlamalarının etibarlılıq dərəcəsi xeyli aşağı düşmüş sayıla bilər.

Həm də bu etirafdan sonra ortaya xeyli suallar çıxır. Məsələn, İranın ali rəhbərliyi həqiqəti bilərəkdən dünya ictimaiyyətindən gizlədibmi, yoxsa onlar da İranın hərbi rəhbərliyi tərəfindən aldadılıblar?

Elbəyi Həsənli, Sürix

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Türkiyə hansı   hədəflərə doğru gedir?
16:2918 avqust

Türkiyə hansı hədəflərə doğru gedir?

Çağdaş geosiyasətdə proseslərin sürəti və mürəkkəbliyi mütəxəssislər tərəfindən etiraf edilir. Bu dinamikanın fonunda dünya siyasətində yeni güclərin formalaşması məsələsi də aktuallığını saxlamaqdadır. O cümlədən ekspertlər Türkiyənin qlobal geosiyasi mühitdə hansı rolu oynaya biləcəyi və hansı

"Dumanlı Albion", Uzaq Şərq və Tramp
15:3210 iyul

"Dumanlı Albion", Uzaq Şərq və Tramp

Amerikanın Prezidenti Böyük Britaniya səfəri ilə Yaponiyaya səfərini bir-birinin ardınca saldı. Ekspertlər bunu təsadüfi hesab etməyib, ABŞ-ın xarici siyasətinin bir sıra aktual özəllikləri ilə bağlayırlar. Vəziyyəti daha maraqlı edən Böyük Britaniya ilə Yaponiyanın coğrafi olaraq bir-birindən çox

Neft və banan:  CİA ABŞ-a sərf etməyən  hökumətləri necə devirirdi
16:4411 iyun

Neft və banan: CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi

Əsas məqsədlərindən biri dövlətin konstitusiya quruluşunun qorunub-saxlanılması olan xüsusi xidmət orqanları bəzən digər ölkələrdə onların maraqlarına zidd siyasət yeridən hakimiyyətlərin devrilməsində və ya ümumiyyətlə, həmin dövlətdə çevrilişlər həyata keçirərək dövlət quruluşunun

Trampın Azərbaycan  prezidentinə məktubunda hansı mesajlar var idi?
15:1304 iyun

Trampın Azərbaycan prezidentinə məktubunda hansı mesajlar var idi?

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər