İSTİ XƏBƏRLƏR
» » 67 minlik oğurluq

67 minlik oğurluq

Sumqayıt polisi “isti izlərlə” cinayətkarları yaxaladı

Sumqayıt şəhəri Xudafərin küçəsində yerləşən evlərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə, hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən ev sahibi dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə evdə olmadığı müddətdə mənzildən   31450 avro, 4300 ABŞ dolları,  1 ədəd "Samsung" markalı televizor və 1 ədəd "TP-link" markalı aparatın oğurlandığını bildirib.

Zərərçəkən ona ümumilikdə 66611 manat maddi ziyan dəydiyini qeyd edib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının "isti" izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaş Rüstəm Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər. Rüstəm Ağayev isə pusquda dayanıb.

Daha sonra dəstə üzvləri məzilin qapısının üzərində barmalıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar.  Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar. 

Qeyd edək ki, saxlanılan şəxslərdən biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə "Volkswagen" markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi də polislər tərəfindən müəyyən edilərək saxlanılıb. Dəstə üzvləri hadisədən sonra qapını qırmaq üçün istifadə etdikləri dəmir parçasını, həmçinin sındırdıqları şüşə qırıntılarını özləri ilə götürərək evdən bir qədər kənara atıblar.

Dəstə üzvü Rüstəm Ağayev evdən oğurladığı televizoru isə mənzilin yaxınlığında olan orta məktəbin həyətində gizlədib. Həmin televizor da aşkar edilərək polislər tərəfindən götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi?     İstintaq davam edir
11:4630 oktyabr

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

Xruşşovun 1957-ci ildə başladığı iqtisadi islahatlar müsbət nəticə vermədi. İslahat nəinki ölkənin qızıl ehtiyatlarını qorudu, əksinə, ildən-ilə bu ehtiyat sürətlə azalmağa başladı. Əgər 1953-cü ildə sovet hökuməti Moskva Xalq Bankı vasitəsilə xaricdən ərzaq məhsulları almaq üçün 250 ton qızıl sərf

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

İlk açılıb-bağlanan smartfonlar mayın 3-ü satışa çıxarılacaq
09:5225 aprel

İlk açılıb-bağlanan smartfonlar mayın 3-ü satışa çıxarılacaq

Budur, son illərin ən təəccübləndirici qadjeti - açılıb-bağlanan ekrana malik, 6 kameralı, 2000 avro qiyməti olan Samsung Galaxy Fold Asiya və Avropada təqdim olundu.