İSTİ XƏBƏRLƏR
» » SDU-da ənənəvi "Açıq qapı" günü keçirildi

SDU-da ənənəvi "Açıq qapı" günü keçirildi


Yanvarın 10-da Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair ənənəvi "Açıq qapı" günü keçirildi.

Nümayəndə heyətini universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qarşıladı. Prorektor payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verdi. 

Qeyd edilib ki, imtahanlar bir qayda olaraq yazılı şəkildə aparılır. İmtahan başa çatdıqdan sonra cavab blankları imtahan yoxlama qərargahında kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və aradan qaldırılması məqsədi ilə İmtahan qərargahı və onun nəzdində universitet üzrə "Qaynar xətt" yaradılıb və universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Eyni zamanda imtahanların gedişinə nəzarətçilər və zallarda quraşdırılmış kameralar vasitəsilə nəzarət olunur. İmtahanların bu üsulla aparılması tam obyektivliyin təmin olunmasına xidmət edir.

Prorektor onu da diqqətə çatdırdı ki, sessiya dövründə Universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq "Açıq qapı" günləri təşkil edilir. İmtahanlara şəxsən universitetin rektoru professor Elxan Hüseynov özü nəzarət edir. Rektor sessiya müddətində hər gün tələbə və valideynləri qəbul edir, onları dinləyir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir. Onu qeyd edim ki, Sumqayıt Dövlət Universitetin nəzdində Sumqayıt Dövlət Texniki Kollecdə də imtahanlar eyni qaydada həyata keçirilir.

Sonra universitetin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə etdilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar.

KİV nümayəndələri imtahanların vəziyyətini öyrənmək üçün tələbələrə suallar ünvanladılar. Tələbələr də öz növbələrində yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirdilər. Qeyd etdilər ki, sualların hamısı semestr boyu keçdikləri mövzuları əhatə edir.

Rəy bildir +
Oxşar xəbərlər
SDU-da hansı yeniliklər var?
16:2614 dekabr

SDU-da hansı yeniliklər var?

  Dekabrın 13-də Sumqayıt Dövlət Universitetində ənənəvi "Açıq qapı günü" keçirildi. SDU-nun rəsmi internet portalında əvvəlcədən yerləşdirilmiş elana uyğun olaraq, "Açıq qapı günü"ndə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil alan tələbələrin

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edilib
09:4303 may

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edilib

Mayın 2-də Sumqayıt Dövlət Universitetində (SDU) kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə növbəti ənənəvi “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” günün keçirilməsi barədə sdu.edu.az portalında əvvəlcədən