İSTİ XƏBƏRLƏR
» » Sumqayıt stadionunda görülən işlər hansı mərhələdədir?

Sumqayıt stadionunda görülən işlər hansı mərhələdədir?


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun yenidən qurulması ilə bağlı həyata keçirilən işlərlə tanış olub.

Məlumat verilib ki, söküntü işləri yekunlaşıb və artıq stadionun yenidən qurulması işlərinə başlanılıb.

Qeyd edək ki, 1966-cı ildə istifadəyə verilən, 53 ildə bir çox beynəlxalq oyuna şahidlik edən stadion tamamilə sökülərək yerində yeni və müasir tələblərə cavab verən üstüörtülü arena inşa olunacaq.

Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu artırılacaq.   Ərazidə üstüörtülü iki ehtiyat meydançanın da tikilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 21 noyabr 2019-cu il tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Mehdi Hüseynzadə adına   arenanın aqibəti necə olacaq?
19:0417 iyul

Mehdi Hüseynzadə adına arenanın aqibəti necə olacaq?

Ötən ilin mart ayında şəhərimizin Topaz Premyer Liqasındakı təmsilçisi "Sumqayıt"ın prezidenti postuna təyinat alan Riad Rəfiyev "kimyaçılar"ın oyunlarını keçirdiyi "Kapital Bank Arena"da təmir işlərinin aparılacağı və stadionun müasir standardtlara cavab verəcəyini açıqlamışdı.