İSTİ XƏBƏRLƏR
» » Zakir Fərəcov şəhər qurucularından olan Gülbahar Vəliyevanın evində qonaq olub

Zakir Fərəcov şəhər qurucularından olan Gülbahar Vəliyevanın evində qonaq olub

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  90 yaşını qeyd edən Sumqayıtın ilk qurucularından olan Gülbahar Vəliyevanı yaşadığı evdə ziyarət edib.

Zakir Fərəcov Gülbahar Vəliyevanı doğum günü münasibəti ilə təbrik edib, ona uzun ömür can sağlığı arzulayıb. Şəhərin inkişafında göstərdiyi xidmətlərə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanını Gülbahar Vəliyevaya təqdim edib.

Vurğulanıb ki, 70 il bundan öncə Sumqayıtın salınmasında qadınların da əvəzsiz rolu olub. Gülbahar Vəliyeva Sumqayıta 1949-cu ildə gəlib. Əmək fəaliyyətinə 1 saylı tikinti trestinin 16-cı təmir idarəsində rəngsaz kimi başlayıb. Çalışdığı şəhərdə gənclər təşkilatının üzvü olan Gülbahar Vəliyeva ictimai işlərdə də yaxından iştirak edib, keçirilən tədbirlərdə fəallıq göstəririb. Gülbahar Vəliyeva 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Bildirilib ki, Gülbahar Vəliyevanın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. İki çağırış deputat olan Gülbahar xanım Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Gülbahar Vəliyeva və ailə üzvləri şəhər rəhbərinə diqqətə görə təşəkkürünü bildirib.


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari