İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda gənclər üçün kompüter proqramları tədrisinə başlanılıb

Sumqayıtda gənclər üçün kompüter proqramları tədrisinə başlanılıb

Yanvarın 8-də Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə kompüter proqramlarının tədrisinə başlanılıb.

Gənclər və İdman Nazirliyindən bildiriblər ki, kompüter proqramlarının tədrisi Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olan "Gənclərin Vebinar dərsi" layihəsi çərçivəsində Sumqayıt Gənclər Evində təşkil edilir.

Layihə rəhbəri Şəms Şükürova çıxışında məqsədin gənclərin internet məkanında və informasiya texnologiyalarından səmərəli istifadəsini təmin etmək, onların kompüter, xüsusən dizayn proqramları sahəsində biliklərə yiyələnmələri, daha rahat, vaxtlarına qənaət edərək interaktiv üsulla bacarıqlarını inkişaf etdirmək və gələcəkdə məşğulluqlarının təmin edilməsinə imkan yaratmaqdan ibarət olduğunu bildirib. Qeyd olunub ki, layihə çərçivəsində ümumilikdə altı dərs proqramı tədris olunacaq və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Tədbirdə çıxış edən Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyeva ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Sonra gənc proqram təminatçısı Əli Miriyev tərəfindən vebinar formatda kompüter sahəsində ilkin anlayışları olan 16 iştirakçıya "Microsoft Office" paketi çərçivəsində "MS PowerPoint" proqramının ilkin anlayışları, texniki xüsusiyyətləri və işləmə mexanizmi haqqında məlumat verilib. Bildirilib ki, proqramdan əsasən qrafiklər, şəkillər, audio və videokliplər vasitəsilə təqdimatların və bir çox çap məhsullarının yaradılması üçün geniş istifadə olunur.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür