İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası başqa əraziyə köçürüldü

Sumqayıtda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası başqa əraziyə köçürüldü


Sumqayıtda kənd təsərrüfatı yarmarkası başqa əraziyə köçürülüb.

Bundan sonra şəhərin 42-ci məhəlləsində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkası 53-cü məhəllədə yeni inşa olunan kənd təsərrüfatı məhsullarının satışı mərkəzində təşkil olunacaq. Buna səbəb yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratmasıdır.

İki hektar ərazidə yaradılan mərkəzdə ətraf rayonlardan olan 700 sahibkar öz kənd təsərrüfatı məhsullarını satışa çıxara biləcək.

Ötən həftədən kənd təsərrüfatı məhsullarının satışı yarmarkası həmin ünvanda fəaliyyətini davam etdirir.

Adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri keçirilir.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtdakı kənd təsərrüfatı məhsullarının satışı yarmarkası yeni ünvanda fəaliyyət göstərəcək
17:4105 yanvar

Sumqayıtdakı kənd təsərrüfatı məhsullarının satışı yarmarkası yeni ünvanda fəaliyyət göstərəcək

Sumqayıtda fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkası artıq yeni ünvanda müştərilərini gözləyir.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
11:1906 noyabr

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Əksər dünya ölkələrində olduğu kimi Azərbaycanda da ov fəaliyyətinə nəzarətin təşkili, heyvanat aləmi obyektlərindən istifadənin tənzimlənməsi, onların sabitliyinin bərpası məqsədi ilə ov günləri həftənin şənbə və bazarı günləri kimi müəyyən edilmişdir. Lakin Ekologiya və Təbii Sərvətlər

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay