İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası başqa əraziyə köçürüldü

Sumqayıtda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası başqa əraziyə köçürüldü



Artıq Yeni 2020-ci ilin ilk - yanvar ayını yaşayırıq. 2019-ci il ərzində Sumqayıtda müxtəlif hadisələr baş verdi. Maraqlıdır, sumqayıtlıların xatirində ötən il nələrlə yadda qalıb?

Yola saldığımız 2019-ci il sumqayıtlılar üçün bir çox hadisəylə zəngin və əlamətdar olub. Əlbəttə ki, onlardan ən mühümü Sumqayıtın şəhər status almasının 70 illik yubileyinin qeyd edilməsi hadisəsi idi. Bundan əlavə, 16 yanvar tarixində Kimya Sənaye Parkının ərazisində inşa edilən "SOCAR karbamid" zavodunun və "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı, 21 noyabrda "Nizami" kinoteatrı və Muğam mərkəzinin açılışı, Dənizkənarı bulvarın ərazisinin genişləndirilməsi və sair də cari ilin əsas olaylarından oldu. Eyni zamanda 2109-cu il ərzində Sumqayıt şəhər səhiyyəsinin də tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində ardıcıl şəkildə tədbirlər həyata keçirilib və davamlı olaraq bu sahə üzrə yeniliklər olur. Belə ki, bu ilin fevralından 2 saylı Sumqayıt Şəhər Xəstəxanası tamamilə sökülüb və yaxın müddətdə onun yerində müasir xəstəxana tikilərək şəhər sakinlərinin xidmətinə veriləcək. 1986-cı ildən fəaliyyət göstərən Sumqayıt şəhər Narkoloji Dispanserinin bütün otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib. Həmçinin də Sumqayıt şəhər Səhiyyə Şöbəsinə yeni müdir təyin olunub; Səkinə Sadıxova vəzifəyə qədər Sumqayıt səhiyyə şöbəsinin müdir müavini olub və müdir vəzifəsini müvəqqəti icra edib.


Xatırladaq ki, ötən ilin noyabr ayından şöbənin müdiri Nəriman Baxşəliyev tutduğu vəzifədən azad edilmiş və təyinat olmamışdı. 2019-cu il Sumqayıt üçün təhsil sahəsindəki yeniliklərlə də yaddaqalan olub. Sumqayıt şəhər 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə ilkin olaraq 2 milyon manat ayrılıb. Həmçinin ilin əvvəlində 9 nömrəli tam orta məktəb binası sökülərək yeni binanın tikintisinə başlanılıb və artıq işlər yekunlaşmaq üzrədir. 1966-cı il iyun ayının 1-dən isə istifadəyə verilən Mehdi Hüseynzadə adına stadion indiyə qədər əsaslı təmir olunmadığından artıq baxımsız vəziyyətdə idi. Nəhayət, 2019-cu ildə stadionun yenidən qurulması məqsədilə ilkin olaraq 5 milyon manat ayrılıb və bu yaxınlarda yeni bir layihə ilə stadion tikilərək futbolçuların və futbol azarkeşlərinin istifadəsinə veriləcək. Bundan əlavə, üzərindəki məlumatlar natamam da olsa, şəhərin bir şox dayanacaqlarında informasiya lövhələri quraşdırılıb. Lövhələrdə yalnız həmin dayanacaqdan keçən avtobusların nömrələri və şəhərin planı öz əksini tapıb.

2019-cu il bir neçə neqativ xəbərlərlə, ağır yol-nəqliyyat hadisələri ilə də yadda qalıb. Onlardan ən dəhşətlilərindən biri - hərəkətdə olan 30 saylı marşrut avtobusunun "Toyota Prado" markalı avtomobillə toqquşması idi ki, avtobusda olan onlarla sərnişin yaralanmışdı. Qəza zamanı ölüm hadisəsi olmasa da, avtobusda olan sərnişinlər uzun müddət baş verənlərin təsirini unuda bilmədilər. Təəssüf ki, belə ağır yol-nəqliyyat hadisələrinin sayı bir neçə olub.


Nəticə etibarilə 2020-ci ildə daha çox yeniliklər gözləyirik və iqtisadi inkşaf tempinin builkindən daha artıq olacağına inanırıq. Gözləyirik ki, yeni ildən Sumqayıtda işsizlik minimal səviyyəyə enəcək, istilik sistemi və məhəllədaxili yol problemləri birdəfəlik aradan qalxacaq. Sumqayıtlıların əsas istəklərindən olan şəhərdə velosiped yollarının və tramvay xəttinin çəkilməsi isə hələlik bir xülya kimi görünsə belə, ümid etmək ziyan deyil.


Xədicə Səxavətqızı


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə