İSTİ XƏBƏRLƏR
» » Premyer Liqanın ən yaxşıları Onların arasında "Sumqayıt"lılar da var

Premyer Liqanın ən yaxşıları Onların arasında "Sumqayıt"lılar da var


Futbol üzrə ölkə çempionatında qış fasiləsinə qədər olan hissəsi təkcə klubların hədəflərinin aydınlaşması, avrokuboklara vəsiqə qazanmaq və elitada qalmaq uğrunda mübarizə aparan komandaların müəyyənləşməsi baxımından əlamətdar olmur. Mövsümün yekunlaşması həm də ayrı-ayrı futbolçuların hansının parladığını, kimin bəxt ulduzunun söndüyünü müəyyənləşdirmək baxımından əhəmiyyət kəsb edir. Bu baxımdan cari birincilikdə də fərlənənlər oldu. Bu yazıda hansı futbolçuların özünü yaxşı tərəfdən göstərdiyini müəyyən etməyə çalışacağıq.

Azərbaycan Premyer Liqasının geridə qalan ilk iki dövrəsində qapıçılardan Asmir Beqoviçi ən yaxşı hesab etmək olar. Qış fasiləsinə qədərki 14 tur ərzində 10 qarşılaşmada meydanda olan Bosniya və Herseqovinalı qolkiper həmin matçlarda 5 dəfə qapısında qol görüb ki, bu da "çərçivə qoruyucu"ları arasında ən yaxşı göstəricidir. Yeri gəlmişkən, müqavilə ilə İngiltərə “Bornmut”una məxsus olan 32 yaşlı futbolçunun 6 görüşdə qapısını toxunulmaz saxladığını da qeyd edək. Bundan başqa, "Keşlə"nin qolkiperi Stanislav Namaşkonun da digər həmkarlarından seçildiyini qeyd etmək olar. Dövrələrarası fasiləyə qədər olan bütün qarşılaşmalarda əvəzolunmadan meydanda olan və Beqoviç kimi 6 matçı "quru" keçirən moldovalı qapıçı 12 top buraxsa da, heç də pis təsir bağışlamadı. Ölkə çempionatında özünü yaxşı tərəfdən göstərən yeganə yerli qapıçı isə milli komandamızın üzvü Səlahət Ağayev oldu. Mövsümün ilk yarısında ən çox "quru" oyun keçirən qapıçı olan Ağayev 14 matçın tən yarısında qapısında qol görməməklə diqqət çəkir. Yeri gəlmişkən, milli üzvünün qapısından 10 top buraxdığını da vurğulayaq.


Futbolçu

oyun

Dəqiqə

qol

Sarı vərəqə

Qırmızı vərəqə

Asmir Beqoviç

10

900

-10

1

0

Stanislav Namaşko

14

1260

-12 

2

0

Səlahət Ağayev

14

1215

-10

1

0


Müdafiə xəttinə gəlincə, ən çox diqqət çəkənlər arasında "Keşlə"lilər Franko Flores,  Miyusko Boyoviç, Slavik Alxasov, "Neftçi"nin üzvləri  Anton Krivotsyuk və Vojislav Stankoviç, "Qəbələ"dən İvitsa Juniç, "Zirə"dən  Alvaro Ampuero, "Sabah"dan Bəhlul Mustafazadə, "Sumqayıt"dan Şəhriyar Əliyev və Camaladdin Xocaniyazov, "Səbail"dən Turan Manafov kimi arxa xətt oyunçularını göstərmək olar.


Futbolçu

Oyun

Dəqiqə

Qol

Sarı vərəqə

Qırmızı vərəqə

F. Flores

13

1770

1

4

0

M. Boyoviç

13

1105

1

1

0

S. Alxasov

14

1254

1

2

0

A. Krivotsyuk

10

899

2

1

1

V. Stankoviç

12

1055

0

3

0

İ. Juniç

11

990

0

3

0

A. Ampuero

12

1050


2

0

B. Mustafazadə

13

1159


2

1

Ş. Əliyev 

13

1153

0

5

0

C. Xocaniyazov

11

990

0

3

0

T. Manafov

14

1119

0

1

0


Yarımmüdafiə xəttindən də mövsümün geridə qalan hissəsində özünü doğruldan simalar oldu. Məsələn, "Zirə"li  Elvin Camalov və "Keşlə"nin üzvü Con Kamara komandalarında dağıdıcı funksiyasını məharətlə yerinə yetirdilər. Yaradıcılıq baxımından isə "Qarabağ"dan Riçard Almeyda, "Sumqayıt"dan Əmir Ağayev və "Qəbələ"li Fernan Lopez digərlərindən seçilirdi. Bundan əlavə, "Keşlə"nin üzvləri Tural Bayramlı ilə Vüsal İsgəndərli, "Neftçi"dən Emin Mahmudov, "Qəbələ"dən Merab Qiqauri və "Qarabağ"lılar Abdullah Zubirlə İsmayıl İbrahimli də yaxşı mənada diqqətçəkən futbolçulardan oldular. 

Futbolçu

Oyun

Dəqiqə

Qol

Sarı vərəqə

Qırmızı vərəqə

E. Camalov

13

1169

0

3

0

C. Kamara

14

1260

0

2

0

R. Almeyda

14

1051

1

3

0

F. Lopes

13

1060

2

7

0

Ə. Ağayev

13

1163

3

4

0

E. Mahmudov

13

1157

3

6

0

V. İsgəndərli

14

1159

2

3

0

T. Bayramlı

14

1258

2

2

0

M. Qiqauri

13

1139

0

6

0

A. Zubir

13

843

3

1

0

İ. İbrahimli

11

848

4

1

1/1


Qış fasiləsinə qədər olan çempionat matçlarında yüksək performans göstərən hücumçulara gəlincə, bu mənada daha çox əcnəbi forvardlar diqqət çəkir. Yerlilərdən yalnız tipik hücumçu olmayan Ağabala Ramazanovun adını çəkə biləriksə, əcnəbilərdən "Keşlə"nin paraqvaylı hücumçusu Lorenzo Frutos, onun "Zirə"də oynayan həmyerlisi  Xulio Sezar Rodriges, "Neftçi"nin ön xətt oyunçusu Stiven Minroz, "Sumqayıt"ın iranlı forvardları Peyman Babayi və Mehdi Şərifi, eləcə də "Qəbələ"nin gürcüstanlı forvardı David Volkov digərlərindən seçilirdi. 


Futbolçu

Oyun

Dəqiqə

Qol

Sarı vərəqə

Qırmızı vərəqə

P. Babayi

14

951

6

3

0

M. Şərifi

11

811

5

4

1

S. J. Monroz

13

1084

6

1

0

L. Frutos

13

1105

6

0

0

X. S. Rodriges

11

818

4

0

0

D. Volkov

14

1182

5

1

0

A. Ramazanov

13

1144

3

5

0


Tural Məmmədov


Rəy bildir +
Oxşar xəbərlər
Klublarımız qışa qədər necə göründü?
12:4920 dekabr

Klublarımız qışa qədər necə göründü?

Artıq futbol üzrə ölkə çempionatında qış fasiləsidir. Hələ dövrələrarası fasilədən iki tur öncə "Qarabağ"ın yeni ili lider kimi qarşılayacağı dəqiqləşmişdisə, "Neftçi"nin çempionatı ötən mövsüm tamamladığı mövqeyə qayıtması son turda rəsmiləşdi. Cari mövsümdə ilk "üçlüy"ü qapyan "Keşlə" isə hamını

Kimin nəticəsi necə dəyişib?  11 TURLUQ MÜQAYİSƏ
17:4619 noyabr

Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ

Futbol üzrə ölkə çempionatında milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən öncə 11-ci tur başa çatmışdı. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 11 həftəlik marafon heç də az deyil. Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU