İSTİ XƏBƏRLƏR
» » İdxalın həcmi rekord həddə çatıb

İdxalın həcmi rekord həddə çatıb


Azərbaycanın xaricdən məhsul idxalında rekord qeydə alınıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin birinci rübündə Azərbaycana xarici ölkələrdən idxalın həcmi 3 milyard 135 milyon 576,93 min dollar təşkil edib. 
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, indiyədək heç vaxt Azərbaycanın orta aylıq idxalı 1 milyard dolları, illik idxalı isə 10.7 milyard dolları ötməyib: "İllik yekunla götürdükdə orta rüblük göstəricinin 3 milyard dolları ötdüyünü də xatırlamıram. Amma 2019-cu ilin 3 ayı üzrə xaricdən məhsul idxalı 3.135 milyard dollara çatıb. Əgər bu temp davam edərsə, illlik idxal 13 milyard dollara yaxınlaşacaq. İdxalı artıran əsas səbəb dövlət sektorudur. Belə ki, 2018-ci ilin 3 ayına nisbətən bu ilin 3 ayında idxal 944 milyon dollar (43 faiz) artıb. Bu artımın təxminən 800 milyon dolları (bütün artımın 85 faizi) dövlət sektoru hesabına təmin edilib.Əgər artım özəl sektor hesabına olsa idi, belə kəskin artımın idxalda leqallaşma hesabına baş verdiyi ehtimalını düşünmək olardı.Bu ilin 3 ayında bütün idxalın 38 faizini dövlət idxalı təşkil edib. Ötən il həmin göstərici cəmi 17.8 faiz olmuşdu. Amma aydındır ki, dövlət sektorunun idxalı həmişə rəsmi olub. Dövlət sektorunun idxalı niyə belə sürətlə artır? Bunun cavabını bir halda bilmək olardı: özəl və dövlət sektoru üzrə idxal mal qrupları ayrıca təqdim ediləydi. Bizdə isə belə statistika aparılmır". 
Qeyd edək ki, ötən ilin eyni dövründə 2 milyard 191 milyon 105,5 min dollarlıq idxalda dövlət sektorunun payı 390 milyon 771.86 min dollar olub. Bu il isə idxalda dövlət sektorunun payı 1 milyard 182 milyon 880.15 min dollar olub. Artım 3 dəfəyə yaxındır. Maraqlıdır ki, ölkələr üzrə idxalda ən böyük artım İsveçrədə qeydə alınıb. Belə ki, ötən ilin birinci rübündə 34 milyon 677.87 min dollarlıq idxalla İsçveçrə 14-cü yerdə gəlirdisə, bu ilin eyni dövründə bu ölkə 412 milyon dollarlıq idxalla ikinci pilləyə yüksəlib. İdxalda ikinci böyük artım İrandan qeydə alınıb. Ötən ilin ilk rübündə bu ölkədən 62 milyon dollardan azca çox olan idxal bu ilin 3 ayında 219,6 milyon dollardan yuxarı olub.
Rəy bildir +
Oxşar xəbərlər
93,1 faiz niyə "hə" deyir?
10:4416 aprel

93,1 faiz niyə "hə" deyir?

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin

Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

İş adamının ayı balası “qəhrəmanlığı”...
10:4728 fevral

İş adamının ayı balası “qəhrəmanlığı”...

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı
11:2009 yanvar

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini