İSTİ XƏBƏRLƏR
» » İmmunitet zəifliyinin 10 əlaməti - Necə gücləndirməli?

İmmunitet zəifliyinin 10 əlaməti - Necə gücləndirməli?


İmmunitet bütün limfositlər, leykositlər, faqositləri immun sistem idarə edir. İmmunitet uşaq ikən formalaşır, əgər ciddi autoimmun xəstəliklər yoxdursa, immunitet əvvəldən dəyişməz olaraq qalır. Lakin müəyyən səbəblərdən zəifləyə bilər. Orqanizmin müqavimət qabiliyyətinin azalması immun sistemin işinin zəifləməsi deməkdir.

"168 saat" qəzeti böyüklərdə immunitetin zəifləməsini göstərən əlamətləri təqdim edir:


-Tez-tez xəstələnir, sağalması uzun çəkir

-Az iş görsə də tez yorulur

-Yaraları gec sağalır

-Ağızın içi, damaq, selikli qişalarında yaralar, zədələnmələr, səpmələr olur

-Nəmalum səbəblərdən hərdən bir nahiyəsi ağrıyır

-İştahı zəifdir

-Saçları, dırnaqları, dərisinin vəziyyəti yaxşı deyil

İmmunitet zəifliyi insanı öldürməz, amma elə qəza, travma, infeksiyalar, viruslara yoluxma ola bilər ki, ağırlaşmalar baş verə bilər.

İmmunitet nədən zəifləyir?

1. Xroniki stress, əsəbdən

2. Genetik, irsi faktorlar

3. Ciddi əməliyyat sonrası, xəstəliklərdən

4. Yaşla əlaqədar

5. Zərərli qidalanma səbəbindən mineral və vitamin çatışmazlığı

6. QİÇS, İİV, hepatit

7. Digər xroniki ağır xəstəliklər


İmmuniteti qaldıran hər hansı dərman, tablet, iynə yoxdur. İmmunstimulyatorlar heç bir təsir etmir.

Sintetik vitamin həbləri və BAD-lar da immuniteti qaldırmır. Amma orqanizmin vitamin, mineral balansını düzəltməklə, yaxşı qidalanmaqla, əsəbləri sakitləşdirməklə immuniteti qaydaya salmaq olar.

Daha çox balıq, dəniz məhsulları, tərəvəzlər, meyvələr, müxtəlif bitkilər, çaylar, smuzilər qəbul edə bilərsiniz. Avokado, brokkoli, yumurta sarısı, istiot, balqabaq, kök, çuğundur, bal, qara zirə, kətan toxumu, qaraciyər, sümük suyu, qarabaşaq, sitrus meyvələri, gün işığı, sakitləşdiricilər immunitet üçün vacibdir.



Rəy bildir +
Oxşar xəbərlər
Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Qastroenteroloq: "Bu mikrob hər birimizdə var, ancaq…"
17:5910 iyul

Qastroenteroloq: "Bu mikrob hər birimizdə var, ancaq…"

"168 saat"ın "Doktor" səhifəsinin budəfəki qonağı həkim qastroenteroloq Arzu Yusifovadır. Onunla mədə-bağırsaq xəstəlikləri, profilaktik tədbirlər, bu xəstəliklərdən sığortalanmağın yolları barədə danışmışıq.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

"Əgər hər iki valideyndə allergiya varsa..."
15:4407 iyun

"Əgər hər iki valideyndə allergiya varsa..."

Müsahibimiz akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-allerqoloqu Vəfa Tarverdiyevadır.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO