İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlılar Çinin Siana şəhərinə tibbi ləvazimatlar göndəriblər

Sumqayıtlılar Çinin Siana şəhərinə tibbi ləvazimatlar göndəriblər

Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox ərazini əhatə edir, qarşısının alınmasında ciddi çətinliklər yaşanır. Bunu nəzərə alan sumqayıtlılar dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Sian şəhərinə tibbi ləvazimatlar göndəriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, fevralın 12-də Çin Xalq Respublikasının Sian şəhərinə 40 min ədəd tibbi maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 millilitrlik qabda spirt göndərilib.

Qeyd edək ki, sumqayıtlılar bir neçə gün öncə dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen şəhərinə də tibbi yardım etmişdilər.

Yeni növ koronavirus ilk olaraq Çinin Uxan şәhәrindә yayılmağa başlayıb. Bu günə olan məlumata görə, Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn ölənlərin sayı 1114 nәfәrә çatıb. Bu barәdә Çinin Milli Səhiyyə Komissiyasından bildirilib. Qeyd olunub ki, virusa yoluxanların sayı 44 min 653 nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vəziyyəti kirtikdir.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlılar koronavirusla mübarizə üçün çinli dostlarına yardım göndəriblər
22:1008 fevral

Sumqayıtlılar koronavirusla mübarizə üçün çinli dostlarına yardım göndəriblər

Ötən ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası Sumqayıtla dost olan Mienyan şəhərində də aşkarlanıb. Virusa yoluxmuş xəstələrin müalicəsinə yardım məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Mienyan şəhərinə tibbi ləvazimatlar

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Azərbaycan nümayəndə heyəti Çində Avrasiya İqtisadi Forumunda iştirak edir
17:1710 sentyabr

Azərbaycan nümayəndə heyəti Çində Avrasiya İqtisadi Forumunda iştirak edir

Sentyabrın 10-da Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində Avrasiya İqtisadi Forumu işə başlayıb.

Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ
14:2129 avqust

Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ

Yeniləşən və müasirləşən Sumqayıt şəhərinin dünyanın bir çox şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Sumqayıtın qardaşlaşdığı şəhərlərin coğrafiyası hər ötən il genişlənir. Qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri,