İSTİ XƏBƏRLƏR
» » İlk açılıb-bağlanan smartfonlar mayın 3-ü satışa çıxarılacaq

İlk açılıb-bağlanan smartfonlar mayın 3-ü satışa çıxarılacaq


Budur, son illərin ən təəccübləndirici qadjeti - açılıb-bağlanan ekrana malik, 6 kameralı, 2000 avro qiyməti olan Samsung Galaxy Fold Asiya və Avropada təqdim olundu.
Azərbaycan Samsung-un vətəni Koreyadan, eləcə də Samsung-un ənənəvi əsas rəqibi İphone-un vətəni ABŞ-dan nə qədər uzaqda olsa da, bizlərin hədsiz smartfon sevgisi bu məsafəni bir addımlığa çevirib, odur ki, smartfon bazarındakı hər bir yenilik bizlərçün həyat əhəmiyyətli məsələlərdəndir.
Gəlin, bir qədər təəccüblü görünən ilk açılıb-bağlanan smartfonla yaxından tanış olaq. Demək, Samsung Galaxy Fold - iki displeydən ibərətdir. Biri içəridə, biri üzdə. İçəridəki displey çox balacadır, diaqonalı 4,6 dyuma bərabərdir. Amma o, nəhəng çərçivədə hədsiz böyük görünür.
Bu ekran əsas ekran deyil, o, daha çox bildirişləri izləmək, zəng və sms-lərə dərhal reaksiya vermək üçündür.
Smartfonu açırıq və 7,3 dyumluq ikiüzlü displey görürük, tərəflərin nisbəti 4,2:3-dür, demək olar ki, kvadratdır. Heç bir qoruyucu şüşə yoxdur, düz barmaqların altında füsunkar bir Dynamic AMOLED displeyidir.
Samsung bu texnologiya üzərində 8 il işləyib. Poliamid əsaslı matritsa digər smartfondakılardan 2 dəfə nazikdir.
Əlbəttə, çoxlarınızı maraqlandırır, aradakı yarıq görünürmü? Barmaqla hiss edilirmi? Aldatmayaq, görünür və hiss edilir. Ancaq o qədər cüzi ki, heç bir narahatçılıq törətmir.
Sual edə bilərsiniz, belə bir smartfon istehsalına nə rəvac verdi? Hər il insanlar filmlərə, kliplərə baxmaq, oyunlar oynamaq üçün daha böyük displeylərə ehtiyac duyurlar. Bir baxın İphone XS həcmcə öz analoqlarından nə qədər böyüyüb. Amma bu böyüklüyün də bir həddi var. Həddi aşsan o, ələ yerləşməyəcək. Məhz bu səbəbdən də, koreyalılar açılıb-bağlanan smartfonu ortaya çıxarıblar.
Samsung Galaxy Fold-un bəs digər özəllikləri hansılardır? Gözəl dizayn, möhtəşəm imkanlar və inanılmaz keyfiyyət.  O, 7 nanometrlik Snapdragon 855 prosessoruna, 12 GB operativ yaddaşa və 512 GB daimi yaddaşa malikdir. Üstəlik, UFS 3,0 tipli flaş-yaddaşa malik dünyada ilk smartfondur. Onun oxuyub yazmaq sürəti digər smartfonlardakından ən azı 1,5 dəfə yüksəkdir.
Bu smartfon çox dözümlü korpusa malikdir, qızmır. Üstəlik, monitor iki funksiyalıdır, bir tərəfində film izləyib, digər tərəfində,   məsəl üçün, qeyd apara bilərsiz.
Mühəndislər Galaxy Fold üçün iki akkumulyator qoymuşlar. Hər tərəfinə birini.
Bağlı vəziyyətdə smartfonun qalınlığı 17 mm-ə bərabərdir.
Ən nəhayət, onu söyləyək ki, yeni smartfonun Avropada satışı mayın 3-də başlanacaq. Samsung ən gözəl dizaynlı yeni smartfonları - yaşıl və maviləri ayrı-seçkilik edərək aparıcı Avropa ölkələrində satacaq. Digər ölkələrdə - o cümlədən bizdə qara və metallik smartfonlar satılacaq.
Çox güman, mayın sonuna yaxın ölkəmizin mağazalarında artıq Galaxi Fold smartfonu vitrinləri bəzəyəcək. Təqribən 4 min manata yaxın qiymət! 
Mübarək olsun, imkanı çatanlar!

Bələdçilik etdi: Kənan
Rəy bildir +
Oxşar xəbərlər
Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə