İSTİ XƏBƏRLƏR
» » İcra başçısı onların peşə bayramını təbrik etdi

İcra başçısı onların peşə bayramını təbrik etdi


Sumqayıt şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib.

Xidmətin şəhər idarəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin inzibati binasında davam edib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəxsi heyət, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zakir Fərəcov Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Dövlət xidmətinin rayon 

şöbəsi əməkdaşlarının timsalında SHXÇDX-nin bütün şəxsi heyətini  peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.

Şəhər rəhbəri ölkəmizdə müasir və qüdrətli milli ordunun formalaşdığını, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatların, aparılan ordu quruculuğunun ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət etdiyini vurğulayıb.

Bildirilib ki, ordu quruculuğunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının da xidmətləri böyükdür.

İdarənin rəisi, polkovnik Natiq Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranma tarixindən danışıb. Bildirilib ki, Xidmət yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaş Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.



Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17:0017 oktyabr

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 17-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda Milli Qurtuluş Gününə həsr edilmiş “Bütöv Azərbaycan” adlı tədbir keçirilib
11:1713 iyun

Sumqayıtda Milli Qurtuluş Gününə həsr edilmiş “Bütöv Azərbaycan” adlı tədbir keçirilib

Sumqayıtda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Bütöv Azərbaycan” adlı tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli