İSTİ XƏBƏRLƏR
» » Azərbaycanda neçə nəfər səkkiz min manatdan çox maaş alır?

Azərbaycanda neçə nəfər səkkiz min manatdan çox maaş alır?


"Azərbaycanda vergi güzəştləri həmişəlik deyil, müəyyən müddətə tətbiq olunur. Bu güzəştlərin yerini doldurmaq üçün potensial kifayət qədər böyükdür". 

Bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. 

Onun sözlərinə görə, bu güzəştlərin hesabına dövlət büdcəsinin itkilər olduqca çox olsa da, dolayısı ilə həmin itkilər kompensasiya olunur. 

"Məsələn, kənd təsərrüfatı sahəsini götürsək, burdan 20 ildən çoxdur ki, torpaq vergisindən başqa heç bir vergi tutulmur. Bu güzəştin də məbləği 100 milyonlarla manatla ölçülür. Büdcə bu pulu ala bilərdi, amma kənd təsərrüfatı məhsulları istehsalçılarının sərəncamında qalır.

Həmçinin, keçən ildən əməkhaqqısı səkkiz min manata qədər olan, qeyri-neft sektorunda və özəl sektorda işləyən şəxslərdən gəlir vergisi tutulmur. Azərbaycanda səkkiz min manatdan çox əməkhaqqı alanların sayı 600-dən bir qədər çoxdur.

Bu da büdcə üçün maliyyə itkisi hesab edilə bilər, amma biz elə hesab etmirik. Bunlar hamısı ondan ötrüdür ki, uçot düzəldilsin, şəffaflıq təmin olunsun. Yəni dürüstlük bu itkiləri kompensasiya edir.

Ötən il büdcəyə bir milyard manat əlavə vəsaitin toplanması elə bunun hesabınadır. Yəni uçot, dürüstləşmə, şəffaflaşma, dövriyyələrin və yayınanların üzə çıxarılması, vergiyə cəlb olunması bunların hamısını kompensasiya edir. Düşünürəm ki, nəticələr gələcəkdə bundan da yaxşı olacaq", - Sahib Ələkbərov qeyd edib.

Rəy bildir +
Oxşar xəbərlər
Şəhər bələdiyyəsi rəsmisindən: "Qanun çərçivəsində mümkün olan bütün evlər sənədləşdiriləcək"
17:0027 dekabr

Şəhər bələdiyyəsi rəsmisindən: "Qanun çərçivəsində mümkün olan bütün evlər sənədləşdiriləcək"

Bildiyiniz kimi, cari ilin 23 dekabr tarixində yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə növbəti seçkilər keçirildi. 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi statusu qanun

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

Vergidə islahatlar hansı nəticələr verir?
10:3022 may

Vergidə islahatlar hansı nəticələr verir?

Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfdən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5% çoxdu. Bu vəsaitin də 70%-ə yaxın hissəsi, yaxud, 1155,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO