İSTİ XƏBƏRLƏR
» » Azərbaycana Türkiyə istehsalı olan avtomobillər gətirilə bilər

Azərbaycana Türkiyə istehsalı olan avtomobillər gətirilə bilər


Türkiyə TOGG markalı yerli avtomobilinin türkdilli ölkələrə ixracında maraqlıdır.

Bu barədə Trend-ə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyindən deyiblər.

Məlumata əsasən, TOGG avtomobillərinin kütləvi istehsal başladıqdan sonra qonşu ölkələrə, xüsusilə də Azərbaycan kimi qardaş türkdilli ölkələrə ixracı prioritetlərdən biri olacaq.

Nazirlikdən bildiriblər ki, TOGG həm Türkiyə bazarında, həm də türkdilli ölkələrin bazarında rəqabətqabiliyyətli olacaq.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Türkiyə istehsalı olan TOGG avtomobilləri nümayiş etdirilib.

İstehsalına 2022-ci ildə başlanılacaq avtomobillər elektriklə çalışacaq. TOGG avtomobillərinin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib. Dizayn, ideya və bütün hissələrinin Türkiyədə hazırlanması baxımından xalis Türk malı olan TOGG-un sükan arxasında ilk oturan şəxs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Hələlik 2 modeli təqdim edən Türkiyə Avtomobil Təşəbbüskarları Qrupu 2022-ci ilə qədər model sayını 5-ə qaldıracaq.

Rəy bildir +
Oxşar xəbərlər
Enerji sahəsində yeni əməkdaşlıq formatı:   Türkiyə-Rusiya-Azərbaycan
11:5416 yanvar

Enerji sahəsində yeni əməkdaşlıq formatı: Türkiyə-Rusiya-Azərbaycan

Məlum olduğu kimi, bu həftə İstanbulda "Türk axını" təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Rusiya təbii qazının Türkiyəyə nəqli və bu ölkə ərazisindən keçərək Avropaya ötürülməsini nəzərdə tutan "Türk axını" layihəsi həm də iki ölkə arasında əlaqələrin enerji sahəsində inkişafında

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Türkiyə-Rusiya-İran üçbucağı:   Suriya böhranının həllinə doğru
16:3624 sentyabr

Türkiyə-Rusiya-İran üçbucağı: Suriya böhranının həllinə doğru

Türkiyə, Rusiya və İran dövlət başçılarının sentyabrın 16-da Ankarada baş tutan zirvə görüşü əsasən Suriya probleminə həsr olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, Suriya mövzusunda 2017-ci ildən bəri keçirilən beşinci ən önəmli görüşdür. 

Mubariz İbrahimovu Türkiyə-Suriya   sərhəddində hamıya sevdirən antakyalı müəllim
11:0309 avqust

Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim

10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli