İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda könüllü gənclərin Bowling yarışı keçirildi

Sumqayıtda könüllü gənclərin Bowling yarışı keçirildi


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şəhərin müxtəlif sahələrini təmsil edən gənc könüllülər arasında Bowling yarışı təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçıları salamlayaraq, ölkə və şəhər rəhbərliyi tərəfindən gənc nəslə  göstərilən diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, şəhərimizin son illər ərzində əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində xüsusi zövq oxşayan görkəm qazanmasından danışmışdır. 

Qeyd olunmuşdur ki, yarışın keçirilməsində məqsəd "Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə" Dövlət Proqramından, ölkə başçısı İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında 30 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi, gənclərin hərtərəfli inkişafına nail olunması, onların sağlamlıqlarının möhkəmləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, sağlam rəqabət mühitinin yaradılmasıvəasudə vaxtlarının səmərəli təşkilidir. 

Yarışda ümumilikdə 6 komanda və hər komandadan 5 nəfər olmaqla 30 gənc qalib adı uğrunda mübarizə aparmışdır.

Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Sumqayıt şəhər 1 nömrəli Peşə liseyinin "Zirvə 1", II yerə Sumqayıt şəhər 10 nömrəli Peşə liseyinin "Peşəkarlar", III yerə isə Sumqayıt Gənclər Klubunun"Zirvə" adlı komandaları layiq görülmüşdür.

Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilmişdir.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli