İSTİ XƏBƏRLƏR
» » Quru meyvələr hansı xəstəliklərdə faydalıdır?

Quru meyvələr hansı xəstəliklərdə faydalıdır?

Quru meyvələr insan sağlamlığı üçün çox faydalı hesab olunur, lakin onların faydasının nə olduğunu, orqanizmə necə kömək etdiyini az adam bilir.

"168 saat" qəzeti xarici mediaya istinadən mütəxəsssislərin quru meyvələr haqda fikirlərini təqdim edir.

Bildirilir ki, kişmiş qan təzyiqini azaltmaq üçün, sakitləşdirici kimi qəbul oluna bilər, diabet, ürək-damar xəstəlikləri riskini azaltmağa da kömək edir.

Gavalı çox lifi sayəsində ürək xəstəlikləri ilə yanaşı qanda şəkərin sıçrayışları ilə də mübarizə aparır.

Xurmanın müntəzəm istifadəsi sonsuzluqla mübarizədə faydalı sayılır. Doğuş zamanı uşaqlıq boynunun geniş açılmasına kömək etməyi ilə tarixən məlumudur.

Qurudulmuş ərik görmə qabiliyyətini qorumağa kömək edir. Bu məhsul lif, kalium, A vitamini və C vitamini ilə zəngindir.

Əncirdə isə ürək və qan-damar sistemi üçün faydalı olan çox miqdarda dəmir var. Onda olan kalsium, kalium, yod və fosfor da mədə-bağırsaq traktının fəaliyyəti üçün çox faydalıdır.

Alma qurusu da çoxlu sayda vitaminlərlə zəngindir. Mədə-bağırsaq traktının, sinir sisteminin işini tənzimləyir və ürək, qalxanabənzər vəzinin xəstəliklərinə qarşı faydalı bir profilaktikdir.

Qurudulmuş armud həyacanı, narahatlığı azaldır, soyuqdəymə ilə mübarizə aparır, ürəyin və qan damarlarının sağlamlığını gücləndirir.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Yağları əridən 9 sehirli məhsul
11:5615 sentyabr

Yağları əridən 9 sehirli məhsul

Orqanizmdə yağları əridən bu məhsullar, həqiqətən arıqlamağa kömək edir. Ancaq yağların parçalanması çox çətin prosesdir dedikdə heç də səhv etmirik. Yağlı kremi olan tort yedikdən sonra bu məhsullardan birini yeyib dərhal kömək edəcəyi təbii ki mümkün deyil. Qidalanmaya ağılla yanaşıb, aktiv həyat

Qastroenteroloq: "Bu mikrob hər birimizdə var, ancaq…"
17:5910 iyul

Qastroenteroloq: "Bu mikrob hər birimizdə var, ancaq…"

"168 saat"ın "Doktor" səhifəsinin budəfəki qonağı həkim qastroenteroloq Arzu Yusifovadır. Onunla mədə-bağırsaq xəstəlikləri, profilaktik tədbirlər, bu xəstəliklərdən sığortalanmağın yolları barədə danışmışıq.

Tibbi müayinədə hansı tip şüalanmadan narahat olmalıyıq?
17:2005 iyul

Tibbi müayinədə hansı tip şüalanmadan narahat olmalıyıq?

İlqar Hüseynov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi və hərbi-tibb fakültələrində təhsil alıb, tibb ximəti zabiti - hərbi həkim olaraq ümumi cərrah kimi Silahlı Qüvvələrin müalicə müəssisələrində xidmət edib, daha sonra isə bir

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO