İSTİ XƏBƏRLƏR
» » Fransanın Azərbaycandakı səfiri Sumqayıtda olub

Fransanın Azərbaycandakı səfiri Sumqayıtda olub


Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Sumqayıtın tarixi, sosial-mədəni, iqtisadi inkişafından danışılıb. Son illərdə Sumqayıt şəhərində həyata keçirilən layihələr, yenidənqurma işləri barədə məlumat verilib.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib, şəhərin gözəl görünüşünün onda xoş təəsüratlar yaratdığını qeyd edib. Səfir bildirib ki, Fransa Azərbaycan əlaqələri üçün bu gün önəmli bir gündür. Çünki iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il fevralın 21-də qurulub. Fransa, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olmuşdur.

Görüşdə Fransanın hər hansı bir şəhəri ilə Sumqayıt arasında qardaşlıq əlaqələrinin qurula biləcəyi vurğulanıb. Gələcəkdə tələbə mübadiləsi, müxtəlif sahələrdə təlim proqramlarının təşkili, mədəni tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

Rəy bildir +
Oxşar xəbərlər
İsveçrənin Azərbaycandakı səfiri Sumqayıtda
18:2917 fevral

İsveçrənin Azərbaycandakı səfiri Sumqayıtda

İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Sumqayıt şəhərində səfərdə olub.

Azərbaycan-Rusiya əlaqələrinin regionun inkişafına təsiri - PERSPEKTİVDƏ NƏLƏR VAR?
15:2217 dekabr

Azərbaycan-Rusiya əlaqələrinin regionun inkişafına təsiri - PERSPEKTİVDƏ NƏLƏR VAR?

  Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Bu mənada

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay