İSTİ XƏBƏRLƏR
» » Ötən il Sumqayıtda hansı ərazilər asfaltlanıb?

Ötən il Sumqayıtda hansı ərazilər asfaltlanıb?



Sumqayıt şəhərində asfaltlanma işləri davam edir. Ötən il ərzində Heydər Əliyev, Azərbaycan, Sülh prospektlərində, Səməd Vurğun, Yəhya Məmmədov, Ü.Hacıbəyov, N.Nərimanov, Koroğlu, Ə.Kərimov, M.Hüseynzadə, Nizami, Mehmandarov, Bakı, İ.Qayıbov, A.Quliyev, Bədəlbəyli, Çerkassı, Zülfü Hacıyev, 20 Yanvar, Babək, Cəlil Məmmədquluzadə, Mübariz İbrahimov və Kimyaçılar küçələrində, Corat və Hacı Zeynalabdin qəsəbələrində, St.Sumqayıt yaşayış massivində yolların əsaslı və cari təmiri işləri aparılmış, bulvar ərazisində Sahil küçəsinin davamı olaraq 1 km uzunluğunda yeni asfalt yol çəkilmişdir.

8 mikrorayonun (4, 6, 9, 10, 11, 12, 13, 17-ci mikrorayonlar), 12 məhəllənin (1, 5, 7-8-12, 9, 14, 25, 29, 30, 34, 36, 42, 48-ci məhəllələrin) ərazisində 254 min kv.metrədək asfalt örtüyü döşənmiş, 13 min kv.metrdən çox asfalt örtüyü cari təmir edilmiş, 80 min p/m bardür rənglənmişdir.

Yaşıldərə ərazisində 30 və 39 nömrəli avtobusların hərəkət istiqamətində yollar Sumqayıt bələdiyyəsi tərəfindən əsaslı təmir olunmuş, 30 min kv.metrdən çox sahəyə asfalt döşənmişdir. 7 min kv.metr məhəllədaxili yolda təmir, Bələdiyyə parkında abadlıq-quruculuq işləri görülmüşdür. Corat qəsəbəsində 4200 kv.metr yola, 1500 kv.metr səkiyə asfalt qoyulmuşdur.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"