İSTİ XƏBƏRLƏR
» » Erməni malları

Erməni malları

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Sercio Mattarella

Ötən həftə İtaliyaya Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfəri zamanı Romadakı Kuirinale Sarayında İtaliya Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Prezidentinin şərəfinə verilən dövlət ziyafətində İtaliya Prezidenti tarixi bir nitq söylədi:

-  Müstəqillik qazandıqdan sonra 3-cü onillik ərəfəsində Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar, fərqli dinlərin birgə yaşayış modeli kimi özünü təsdiq edib. Burada kökləri keçən əsrin əvvəlində dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Demokratik Respublikasının tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi və sülh şəraitində birgə yaşayışdan söhbət gedir.

Bəli, beynəlxalq aləm bizə qarşı nə qədər qərəzli olsa da, bəzən bizə bax, bu cür layiq olduğumuz qiyməti verirlər. Bu, çox gözəl faktdır!


Üçlük

Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Abşeron yarımadasının Xəzər sahili ərazisində monitorinq keçirildi, dəniz suyundan nümunələr götürüldü, mikrobioloji təhlillər aparıldı və Xəzəri ən çox çirkləndirən axarlar aşkar edildi.

Birinci pillədə Suraxanı rayonunun dayandığı məlum oldu. Rayon ərazisində formalaşan tullantı suları bir neçə axar vasitəsilə təmizlənmədən, zərərsizləşdirilmədən dənizə axıdılır.

İkinci pillədə Sabunçu rayonudur, qəsəbələrdə formalaşan tullantı sular Hövsan kanalı vasitəsilə birbaşa sahil zolağına, oradan da dənizə axıdılır.

Üçüncü yerdə isə Tağıyev adına qəsəbə gedir. Qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından həm yaşayış evlərində, həm müəssisələrdə formalaşan tullantı suları bir neçə axar vasitəsilə birbaşa Xəzər dənizinə tökülür. 

Ümid edək ki, tezliklə Xəzərin çirkləndirilməsinin qarşısı alınacaq.


Erməni malları

Dövlət Gömrük Komitəsinin müvafiq qurumları ötən həftə istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesini həyata keçirdi. Burada fişəng və prirotexniki vasitə, dərman preparatları, telefon və onların aksesuarları, alkaqollu və kustar üsulla hazırlanmış sərinləşdirici içkilər, yuyucu vasitələr üstünlük təşkil edir.

Maraqlısı isə bilirsiniz nədir? Məhv edilən mallar arasında Ermənistan istehsalı olan 324 ədəd suvenir, 40 qutu siqaret və 18 litr erməni konyakı da olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda yandırılaraq məhv edilib.

Erməni malları yandırıldı. Bu, aydındır. Bəs bu malları ölkəmizə gətirən, erməni iqtisadiyyatının çiçəklənməsinə töhfə verən nadürüstlər necə oldu?

Onlar da tapılıb aşkarlanacaqmı?


Zərdab

Ötən həftə Zərdab rayonunun adı mediada ardıcıl olaraq səsləndi, buna səbəb yerli camaatın öz örüş torpaqlarının icra hakimiyyəti tərəfindən qanunsuz zəbt olunmasına, naməlum şəxslərə verilməsinə etirazı oldu. Rayonun Çallı kənd sakinləri etiraz əlaməti olaraq magistral yolu bağladılar, əraziyə polis əməkdaşları cəlb olundu. 

Hadisə yerinə gələn icra başçısı Mərdan Camalov sakinlərlə görüşüb problemi araşdırmaq üçün komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd etdi. Mərdan müəllim hadisədən tam bixəbər olması görüntüsü də yaratdı, amma bu rayon ən çox vətəndaş şikayətləri olan rayonlar sırasındadır, faktdır.

Mərdan Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. Əmin olaq ki, o, DTX-nın Ağstafa və Neftçala əməliyyatlarından nəticə çıxaracaq.


AFFA

Ötən həftə Azərbaycanın futbol qurumu iki hadisə ilə gündəmə gəldi. Öncə hazırda "Keşlə" klubunda forma geyən Paraqvay əsilli italiyalı yarımmüdafiəçi Sezar Meza Kolli milliləşdirilərək Azərbaycan yığmasına dəvət olundu.

Ardınca Almaniyanın "Hoffenhaym" klubunda top qovan türk müdafiəçi Kaan Özkaya Azərbaycanın U-19 yığmasına cəlb olundu.

İki həftə öncə isə "Alanyaspor"un türk-ərəb əsilli oyunçusu Mustafa Yıldırım milliləşdirilərək Azərbaycanın U-19 yığmasına cəlb olunmuşdu.

Neynəyir AFFA? Hər turnirdə autsayder olmağımızın qarşısını almaq üçün futbol təsərrüfatımızda əl gəzdirmək, işsiz qalan veteran mütəxəssislərə iş vermək, uşaq və məhəllə futbolunu inkişaf etdirmək əvəzinə yığmalarımızı tam heyətlə əcnəbiləşdirmək istəyir!

Heç kəs də "dayan", "dur" demir.


Tramp

Ötən həftə Amerika Prezidenti yenidən gündəmə gəldi. Belə ki, o, "Oskar" mükafatının "Parazitlər" adlı Cənubi Koreya filminə verilməsini tənqid etdi. Rejissoru Pon Çjun Hon olan, birdən-birə həm "İlin ən yaxşı filmi" seçilən, həm də ən yaxşı rejissor işi, ən yaxşı ssenari və ən yaxşı əcnəbi film kateqoriyalarında da qalib olan, dünyanı sözün həqiqi mənasında təəccübləndirən, dünya kinomatoqrafiyasında iz qoyan bu filmi Tramp niyə bəyənmədiyini isə bu cür izah etdi:

- Bu il kinoakademiya nə pis mükafat verib. Qalib də Cənubi Koreyadan olan filmdir. Bizim Cənubi Koreya ilə ticarət sahəsində kifayət qədər problemlərimiz var və belə vaxtda onlara ilin ən yaxşı filmi mükafatını verirlər. Bu normaldır?

Bu da demokratiyanın beşiyinin prezidentinin mövqeyi. Demək, "Oskar" Cənubi Koreyaya ona görə verilməməliydi ki, onlarla ticarət münasibətlərində problem var?

Bu ki absurddur!

Rəy bildir +
Oxşar xəbərlər
Multukulturalizm dəyərləri özünü nələrdə ifadə edir?
17:1226 dekabr

Multukulturalizm dəyərləri özünü nələrdə ifadə edir?

Sivilizasiya inkişaf etdikcə, dünya ölkələri də bu inkişafla ayaqlaşmağa cəhdlər edir. Təbii ki, ölkələr bu sürətlənməyə hazır şəkildə deyil, ibtidai aura ilə qoşulur, əlaqələr, münasibətlər və siyasi bağlılıqlar artdıqca, onların da dünyaya inteqrasiyasında bir zərurilik yaranır. Səmimi etiraf

Kimdir Njde?
18:3811 dekabr

Kimdir Njde?

Mən Zəngəzur mahalında boya-başa çatmışam. Əsrin  əvvəllərindən erməni millətçiləri, onların havadarları orda yaşayan azərbaycanlılara həmişə bəla olublar. Biz gözümüzü açıb sovet ideologiyası ilə tərbiyələnmişik, beynəlmiləlçi olmuşuq. Ona görə də bizə qarşı törədilən çox hadisələrin

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Multikulturalizm və dialoqun paytaxtı - NİYƏ məhz BAKI?
17:1719 noyabr

Multikulturalizm və dialoqun paytaxtı - NİYƏ məhz BAKI?

Multikulturalizm və tolerantlıq bir-birinə oxşar dəyərlərdir. Lakin multikulturalizmin özünəməxsus xüsusiyyəti var. Multikulturalizm müxtəlif mədəniyyətlərin bir arada dinc şəraitdə yaşamasının təmin edilməsidir. Əlbəttə, multikulturalizm dünyanın müxtəlif bölgələrində də var. Lakin biri var

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli