İSTİ XƏBƏRLƏR
» » İtaliya ilə əməkdaşlığın strateji əhəmiyyəti nədədir?

İtaliya ilə əməkdaşlığın strateji əhəmiyyəti nədədir?



Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada dövlət səfərində oldu. Bu səfərin ilkin təfərrüatı, dövlətimizin başçısının keçirdiyi görüşlər deməyə əsas verir ki, səfər iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin başlanğıcına çevriləcək. Dövlətimizin başçısının İtaliya Prezidenti Sercio Mattarella ilə görüşündən də aydın oldu ki, tərəflər əməkdaşlıq əlaqələrinin şaxələndirilməsində, potensialın tam olaraq reallaşdırılmasında maraqlıdır.

Dördlükdən biri

İtaliya nəinki Avropada, həm də qlobal miqyasda mühüm siyasi və iqtisadi aktordur. Hazırda Avropanın ən böyük iqtisadiyyata malik üçüncü ölkəsi kimi İtaliyanın siyasi proseslərə təsir imkanları da genişdir. Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya Avropada Almaniya, Fransa və İspaniya ilə birgə dominantlıq imkanlarını qoruyur. Rəsmi Roma prinsipial, müstəqil siyasəti ilə seçilir.

Bakı və Romanı bağlayan tellər

Bu gün Azərbaycan Avropanın, eyni zamanda İtaliyanın enerji təchizatında mühüm rol oynayır. İtaliya Azərbaycan neftinin ən böyük alıcısıdır.
Bütün istehlakçılar olduğu kimi, İtaliya da mənbələrin şaxələndirilməsinə, alternativliyin təmin olunmasına çalışır. Bu cür diversifikasiya alıcılar üçün iki mühüm prioritetin həllinə imkan verir: birincisi, enerji təhülkəsizliyi, ikincisi isə mənbələrin çoxalması satıcıları qiymət siyasətinə yenidən baxmağa vadar edir ki, bu da istehlakçılar üçün daha sərfəli şərtləri formalaşdırır.
Ümumiyyətlə isə İtaliya ölkəmizin ən böyük qlobal ticarət tərəfdaşıdır.
Bu tərəfdaşlıqda neft amili aparıcı qol olsa da, hazırda qeyri-neft sektoru üzrə ticarət əlaqələri də inkişaf etməkdədir.
2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 9,7% artıb. Artım tendensiyası 2019-cu ildə davam edib və 14 faizlik artım müşahidə olunub. Azərbaycanda müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyata alınıb.
Cənubi Qafqaz Dəhlizinin sonuncu komponenti olan TAP-ın işə düşməsi ilə İtaliya həm də Azərbaycan qazının alıcısına çevriləcək. Bu enerji dəhlizi vasitəsilə Avropaya çatdırılacaq qazın böyük həcmini məhz İtaliya alacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan "Cassa Depositi Prestiti SpA"nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharda ölkəmizin əməkdaşlığın şaxələndirilməsində maraqlı olduğunu ifadə etdi: "Layihələrin praktiki olaraq həyata keçirilməsi ilə bağlı deyə bilərəm ki, yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır. Bəli, mən razıyam ki, bizim ticarət dövriyyəmizdə böyük qeyri-tarazlıq var. Lakin biz, həmçinin bilməliyik ki, bu, əsasən bizim İtaliyaya neft ixracımızla bağlıdır. Ona görə də biz ixracımızın şaxələndirilməsində maraqlıyıq. Əlbəttə ki, biz Azərbaycana İtaliya ixracını artırmaq üçün əlavə tədbirlər görməliyik. Bizim şaxələndirmə və sənayeləşmə siyasətimizi nəzərə alaraq mən sizə deyə bilərəm ki, ötən il bizim enerjiyə aid olmayan sənayemiz 14 faiz artmışdır və bu ilin yanvarında artıq əlavə 16 faiz həcmində də artmışdır. Bunun səbəbi sənaye sektorunda dövlət və özəl sektor tərəfindən maliyyələşən layihələrlə bağlıdır. Çünki İtaliya istehsalçıları yüksək səviyyəli fəaliyyəti olan çox peşəkar şirkətlərdir. Ona görə də Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir. Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik".
Azərbaycanın xarici ticarət dövriyyəsinin və tərəfdaşlarının siyahısını nəzərdən keçirdikdə aydın olur ki, İtaliya nəinki qlobal miqyasda Azərbaycanın ən böyük tərəfdaşıdır, eyni zamanda qeyri-neft məhsullarımızın da əsas idxalçılarından biridir. Ölkəmizin ötənilki ümumi ixracının 29,6 faizi, idxalın isə 2,7 faizi İtaliyanın payına düşür.
İtaliya ilə bu cür əməkdaşlıq ölkəmiz üçün iqtisadi gəlirdən əlavə, Avrozonanın aparıcı ölkələrindən biri ilə strateji müttəfiqlik deməkdir. Bu isə Azərbaycanın beynəlxalq siyasi münasibətlərdəki reputasiyasını, proseslərə təsir imkanlarını artırır.

Vüsal Məmmədov
Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycan qonşuları ilə necə əməkdaşlıq edir?
09:3122 yanvar

Azərbaycan qonşuları ilə necə əməkdaşlıq edir?

Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Bu cür

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Avropa İttifaqı-Azərbaycan münasibətləri:   "Şərq tərəfdaşlığı" və   yeni strateji əməkdaşlıq modeli
15:3111 sentyabr

Avropa İttifaqı-Azərbaycan münasibətləri: "Şərq tərəfdaşlığı" və yeni strateji əməkdaşlıq modeli

Bir neçə müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bəzi məsələlər qızğın nəzəri diskussiyaların mövzusuna çevrilib. Burada fərqli mövqelər ifadə edilir, bəzən hətta bir-birinə zidd tezislər səsləndirilir. Rəsmi Bakı isə təmkinli və

Yeni ''sosialist alyansı"?
15:2215 avqust

Yeni ''sosialist alyansı"?

Rusiya ilə Çin arasında əlaqələrin inkişafda olduğu haqqında fikirlər çoxdan səslənir. İki böyük dövlətin qlobal miqyasda geosiyasi qüvvələr nisbətini dəyişə biləcək imkanlara malik olduqları sirr deyil. Si Szinpinin Rusiyaya son səfərinə də məhz bu kontekstdə nəzər saldıqda, maraqlı qənaətlər əldə