İSTİ XƏBƏRLƏR
» » Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən qəza baş verib

Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən qəza baş verib


Bakının Binəqədi rayonunda piyadanın üzərindən avtomobil keçib. Hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.

Təxminən 50-55 yaşlı kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub. Əvvəlcə "Opel" markalı avtomobilin sürücüsü həmin şəxsi yerdə gördüyündən qəfil əyləcdən istifadə edərək avtomobilini yol kənarında yeni qazılan çuxura aşırıb. Toğrul Cəfərli isə idarə etdiyi "BMW" markalı nəqliyyat vasitəsilə həmin şəxsin üzərindən keçib. "BMW"-də olan sərnişin İsmayıl Xaspoladov APA -ya bildirib ki, yerə uzanan şəxsi əvvəlcə naməlum markalı avtomobil vurub.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Piyadanın hansı şəraitdə ölməsi dəqiqləşdirilir.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Hadisə yerindən qaçan sürücü həbs edilib
16:5103 sentyabr

Hadisə yerindən qaçan sürücü həbs edilib

Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib
12:0407 avqust

Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsinin yaxınlığında qeydə alınıb. Belə ki, “99 SH 379” dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin xanım sürücüsü idarəetməni itirərək avtomobili yol kənarına aşırıb.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor