İSTİ XƏBƏRLƏR
» » Sumqayıt sakini söyüş üstündə tanışını bıçaqladı

Sumqayıt sakini söyüş üstündə tanışını bıçaqladı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Xansuvar Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 26-na təyin olunub.

İttihama görə, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Firdovsi Gülmalıyev tanışı Xansuvar Abbasovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Xansuvar Abbasov Firdovsi Gülmalıyevi bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən Firdovsi Gülmalıyev əməliyyat olunub. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Xansuvar Abbasov həbs edilib. Məlum olub ki, hadisə söyüş üstündə yaranan mübahisə zəminində törədilib. İstintaq orqanı tərəfindən Xansuvar Abbasovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda Rusiya   vətəndaşını qətlə yetirən   şəxsin məhkəməsi başlayır
19:3416 dekabr

Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır

  Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Tural Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi
11:4218 sentyabr

Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi

Ötən həftə Sumqayıt Apelyasiya Məhkəməsində "Meşə qardaşları" adlı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Iki bacısını qətlə yetirdi
15:0017 avqust

Iki bacısını qətlə yetirdi

Həbsxanadan çıxdıqdan sonra iki bacısını öldürən Buzovna qəsəbəsinin sakini  növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Arvadını 18 bıçaq zərbəsi ilə öldürdü
17:1227 iyul

Arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Tufan Qurbanov arvadının başqa