İSTİ XƏBƏRLƏR
» » Hansı universitet sosial mediada daha aktivdir?

Hansı universitet sosial mediada daha aktivdir?


Bu gün sosial şəbəkələrin həyatımızdakı rolu durmadan artır. Son parlament seçkiləri də göstərdi ki, xüsusilə Facebook istənilən prosesə təsir etmək gücündədir. Nəticələri ləğv olunan dairələrin ləğvində əsas faktoloji baza məhz facebookda yayılan videolar idi. 

Bu gün bütün şirkətlər sosial mediadakı tanıtımına, təbliğinə böyük həssaslıqla yanaşır, burada davamlı reklam kampaniyaları həyata keçirir. Sosial medianın dominantlığında iş o yerə çatıb ki, hətta ənənəvi klassik media da tamamilə sosial mediadan asılı duruma düşüb. Saytlar öz xəbərlərini, materiallarını facebook üzərindən oxutdurmaq, burada reklam əsaslı paylaşımlar etmək məcburiyyətindədir.

Bu gün təhsil sahəsində də rəqabət meyilləri ötən on illiklə müqayisədə daha çoxdur. Bu rəqabətdən sağ çıxmaq, yola davam etmək üçün sosial mediada fəallıq qaçılmazdır. 

Kiçik bir araşdırma apararaq, xüsusilə Facebookda hansı ali təhsil müəssisələrinin aktiv olduğunu, hansılarının isə "fil qulağı"nda yatdığını aydınlaşdırmağa çalışdıq.

Səhifələrin ümumi bəyənilmə (like) sayının Facebookun hazırkı işləmə alqoritmində o qədər də əhəmiyyəti olmasa da, biz ümumi "like" sayını da nəzərdən keçirəcəyik, ancaq əsas mövzu bu platformadakı aktivlikdir. 

Bakı Dövlət Universiteti  - universitetin "Bakı Dövlət Universitetinin rəsmi səhifəsi" cəmi 19 min adam bəyənib. Səhifədə gün ərzində adətən 3-4 paylaşım edilir. Ancaq bəzən hiss olunur ki, sosial media yaddan çıxır və 3 gün ərzində səhifədə yeni heç bir məlumat yerləşdirilmir.

Bakı Ali Neft Məktəbi - bu ali təhsil ocağının Facebook sosial şəbəkəsində xüsusilə aktiv olduğunu deyə bilərik. Çoxsaylı tədbirlər, universitet həyatı sosial şəbəkədə əksini tapır. Səhifədə ümumi "like" sayı 21 min olsa da, paylaşılan "post"lara yetərincə reaksiyalar gəlir. Belə hiss olunur ki, BANM facebook reklamına vəsait ayırır və materilların bir çoxu ödənişli əsaslarla paylaşılır. 

Azərbaycan Texniki Universitetinin Facebook səhifəsində 22 mindən bir qədər artıq bəyənmə sayı var. Səhifədə mütəmadi olaraq paylaşmalar edilir. 

Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsini isə cəmi 7468 adam "bəyənib". Universitetin yaşını və tələbə sayını nəzərə alsaq, bu rəqəmin nə qədər kiçik olduğunu anlamaq çətin olmaz. Ancaq insafən, deməliyik ki, səhifədə mütəmadi olaraq paylaşımlar edilir. Gündəlik olaraq ən azı 3-4 məlumat səhifədə yerləşdirilir.

Bakı Mühəndislik Universiteti də Facebook-un əhəmiyyətini qiymətləndirir. Universitetin səhifəsi daim yenilənir, burada hər gün yeni xəbərlərə rast gəlmək mümkündür. Səhifədə ümumi bəyənmə sayı isə cəmi 14.295-dir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin səhifəsi peşəkar idarə olunmur. 5 dəqiqə içərisində 3-4 paylaşımı ardıcıl edən adminlər, bəzən gün ərzində başqa materiallar yayımlamırlar. Səhifənin bəyənilmə sayı da buna uyğundur - 3215.

Regionlarda yeləşən ali məktəblərdə də vəziyyət müxtəlifdir.

Məsələn, Gəncə Dövlət Universitetin səhifəsi üçün cəmi 3492 adam "like" düyməsini sıxıb. Səhifədə paylaşımlar edilsə də, bəzən bu, ciddi fasilələrlə müşayiət olunur. 

Sumqayıt Dövlət Universiteti də Facebookda özünü tapa bilməyib.

Belə ki,  universitetin səhifəsini cəmi 718 nəfər bəyənib. Paylaşmalar isə əsasən universitetin saytının linkləridir ki, onlar da rəngarəng və maraqlı görünmür.

Lənkəran Dövlət Universitetini "bəyənənlər"in sayı isə 2777-dir. Səhifədə fasilələrlə məlumatlar paylaşılır. 

Özəl ali təhsil ocaqları sırasında Azərbaycan Universiteti və Qərbi Kaspi Universiteti daha fəal görünür.

Azərbaycan Universiteti öz fəaliyyətini bu platformada uğurla əks etdirir, mütəmədi olaraq məlumatlar yayır. Səhifəsini bəyənənlərin sayı 68317-dir. 

Qərbi Kaspi Universitetinin Facebook fəaliyyətini də yüksək qiymətləndirmək olar. Əksər digər universitetlərdən fərqli olaraq universitet mətn kontenti ilə yanaşı, Video-kontentə də önəm verir, həftə ərzində bir neçə videorolik paylaşılır. Bu universitetin səhifəsində diqqətçəkən daha bir məqam bir neçə dildə (rus, ingilis, hətta bəzən ərəb) paylaşımların edilməsidir. Səhifənin bəyənmə sayı 42842-dir.

Özəl universitetlər arasında nüfuzu ilə seçilənlərdən olan Xəzər Universitetin Facebook-dakı işi isə müasir çağırışlardan geri qalır. Universitetin səhifəsində bəzən günlərlə yeni məlumat görünmür. Səhifənin ümumi "like" sayındakı (39.770) göstərici pis olmasa da, səhifənin peşəkar və operativ idarə olunduğunu demək mümkün deyil.  

Azərbaycan Kooperasiya Universiteti Facebook-da çox ləng görünür.

Universitetin səhifəsində paylaşımlar arasında günlərlə fasilələr olur. Səhifəni bəyənənlərin sayı da rəqiblərlə müqayisədə olduqca azdır - 3.687. Səhifədə yeganə diqqətçəkən məqam - tələbələrin hazırladığı "Tarixdə bu gün adlı" video kontentdir.





Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO