İSTİ XƏBƏRLƏR
» » Tükürpədici, qandondurucu cinayət

Tükürpədici, qandondurucu cinayət


Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.
Sadəcə oxuyun. Və düşünün ki, bu ən uydurma, ağlasığmaz kriminal filmlərdəkindən belə təsirlidir, dəhşətlidir.
Yaqub 2-ci mikrorayona oğlunun kirvəsi olan Elvinin yaşadığı həyətə çatanda axşam saat 7 idi. Yaz axşamı olduğundan hava gec qaralırdı. Məhəllədə uşaqlar, böyüklər, işdən evə gələnlər gözə dəyirdi. Yaqub bir qədər gözləyəndən sonra Elvinin binanın həyətindən çıxıb meydançaya sarı getdiyini gördü. Dərhal ona yaxınlaşdı. Illərlə bir yerdə çörək kəsdiyi, süfrəsinin başında otuzdurduğu, evinə gedib-gəldiyi, "qardaş-dost" deyib candan əziz bildiyi, acısını-sevincini bölüşdüyü dostunun üzünə baxanda onun necə bədheybət və şeytansifətli bir adam olduğunu gördü. Bu vaxta qədər gözlərini görəsən hansı tor örtmüşdü? Niyə belə bir şərəfsizlə dostluq, qohumluq etmişdi? Yaxasından tutub Elvini silkələməyə başladı:
- Alçaq, de görüm bu nə işdir?! Axı mən ailəmi sənə etibar etmişdim, oğluma kirvə olmuşdun. Bu, nə namussuzluqdur ki, ailəmə qarşı etmisən?
Elvin silkələnib Yaqubun qolları arasından çıxmağa çalışsa da, Yaqub ona aman vermədi. Yaqubun əlindən çıxa bilməyəcəyini görüb, səhv etdiyini, həmin oğraşlığı törətdiyi vaxt sərxoş olduğunu, əvəzində Yaquba arvadı Sevili təklif etməklə   əvəz çıxacağını və günahını yuya biləcəyini dedi. Bu sözləri eşidəndən sonra daha da dəli olmaq dərəcəsinə çatan Yaqub evdən götürüb belinə bağladığı bıçağı çıxarıb dayanmadan Elvinə zərbələr endirməyə başladı. Elvin ona müqavimət göstərsə də, Yaqub bıçaq zərbələrinin dostunun harasına gəldi endirirdi. Yaqubun səsini və söyüşlərini eşidənlər, onun bu əməlinə mane olmaq istəsələr də, o hər kəsə hayqıraraq: "Mənə yaxın gəlməyin, qeyrət, namus söhbətidir, heç kəs yaxın gəlməsin, onu öldürməliyəm, gorbagor olandan sonra özüm gedib polisə təslim olacam" - deyib ətrafdakı insanları da hədələdi. 
Qan içərisində çabalayan Elvinin öldüyünə əmin olandan sonra Sumqayıt Şəhər Polis İdarəsinə gedərək, Yaqub 12 aprel 2013-cu ildə törətdiyi cinayəti etiraf etdi.
Bəs görəsən Yaqubu bu ağır cinayəti törətməyə nə vadar etmişdi?!
"Allah məni dostumdan qorusun, düşmənimi tanıyıram" - belə eşidib, belə görmüşük. Əfsuslar olsun ki, milli mentalitetimizə zidd olan dostun dosta, ərin arvada, arvadın ərə, rəfiqələrin bir-birinə etdikləri xəyanətlər məişətimizdə baş alıb gedir. Ədəbiyyatımızda, tariximizdə, milli adət-ənənələrimizdə isə ev yiyəsi adətən onun evinə pənah gətirən  düşməninin belə namusunu qoruyub. Elə kişilər olub ki, bir-biri ilə düşmənçilik etsələr belə, çətin anda, dar ayaqda öz namusları, qeyrətləri olan ana-bacılarını, qızlarını, gəlinlərini dava açdığı düşməninə etibar ediblər. O düşmən də, əsla əmanətə xəyanət etməyib.
....Yaqub 8 ildən artıq idi ki, Sumqayıtdakı "Karvan" ticarət mərkəzi deyilən bazarda ailəsinin gün-güzəranını yola vermək üçün meyvə-tərəvəz alveri edirdi. Əlbəttə, şəhərdə 20-25 il əvvəlki kimi zavod-fabrik işləsəydi, təbii ki, bazarda alver etməz, ən azı zavodların birində fəhlə işləyərdi.
Yaqubun istintaqa verdiyi ifadəni oxuyandan sonra bunlar məlum olur:
Təxminən 2009-cu ildə bazarda Yaqubun alver etdiyi piştaxtanın yanında təqribən 28 yaşlı Elvin adlı bir cavan oğlan da yer götürür. Yavaş-yavaş Yaqub Kərimovla (ad şərtidir) Elvin Hüseynovun (ad şərti deyil) arasında dostluq başlayır. 2010-cu ildə Elvin Hüseynovun toyuna gedərkən Yaqub həyat yoldaşı Gülbaharı da aparır. Toydan sonra iki dostun ailəvi dostluğu və bir-birinin evinə gediş-gəlişi başlanır. Ailələr arasında yaranan mehribanlıq səbəbindən 2012-ci ildə Yaqub dostu Elvini üç yaşlı oğluna kirvə tutur.
Qədim adətlərimizə görə kirvə yükü çox ağırdır. Bu etibar, bu dostluq ocaq, mülk sahibinin evinin kirvənin üzünə açıq olan qapısı deməkdir. Hətta bizim klassik yazıçılarımızdan olan Nəcəf bəy Vəzirov "Yağışdan çıxıb yağmura düşdük" əsərində erməni Qıdı kirvə obrazı ilə kirvənin necə etibarlı bir insan olmasını əbədiləşdirib. Həmin əsərin teatr görüntüsündə belə bir məqam var: erməni Qıdı kirvə dostunun evinə gələrək, sağına-soluna baxmadan evin yuxarı başına keçir. Bu epizodun özü belə deməyə əsas verir ki, kirvəlik olan yerdə etibar, qeyrət, namus toxunulmazdır. Halbuki, ta qədimdən bu iki xalq bir-birinə asi olub, xüsusən ermənilərin bizlərə qarşı tarix boyu necə mənfur rəftar etmələri hər kəsə gün kimi aydındır.
2012-ci ilin noyabr günlərinin birində Gülbahar 4 yaşlı qızını da götürüb əri Yaqubun işlədiyi bazara gəlir. Bazara çatar-çatmaz qarşısına Elvin çıxır. Biraz hal-əhval etdikdən sonra Gülbahar Elvindən arvadı Sevili soruşur. Bu vaxt Elvin həyacanlı şəkildə Gülbahara Sevilin bərk xəstələndiyini, ona kömək lazım olduğunu deyir. Və xahiş edir ki, onunla 2-ci mikrorayondakı evlərinə getsin. Gülbahar Elvinə söyləyir ki, gedim ərimdən icazə alıb gəlim. Çünki zəng etmək üçün telefonunda balans yox imiş. Bu zaman Elvin bir kənara çəkilib, özünü Yaqubla telefonda danışırmış kimi göstərir. Sonra isə Gülbahara deyir ki, guya, Yaqubdan icazə aldı.
Ərindən icazə alındığına əmin olan Gülbahar heç nə düşünmədən yanındakı 4 yaşlı qızı ilə kirvəyə qoşulub həmişə qonaq getdiyi 2-ci mikrorayondakı mənzilə gəlir. Qapını Elvinin qaynı, Sevilin qardaşı Kamran açır. Gülbahar evə daxil olub Sevili görməyəndə rəfiqəsinin harada olduğunu soruşur. Elvin əvvəlcə onun hamamda olduğunu deyir. Bir az keçəndən sonra Gülbahar hiss edir ki, evdə qadın hənirtisi yoxdur. Təlaşla Sevilin haraya getdiyini soruşur. Hamamın qapısını açıb oranı da boş görür. Qorxudan əl-ayağı, ürəyi titrəməyə başlayır. Tez qızını qucağına götürür. Bu zaman Elvinin qaynı yaxınlaşıb uşağı onun əlindən alır. Qardaş bildiyi Elvin isə onun üzərinə şığıyaraq "Əgər burada indi mənimlə razılaşmasan, məni təmin etməsən, o zaman sənin qızını zorlayacam. Ikisindən birini seç"- deyir. Gülbahar dəhşətə gəlir, ağlayaraq dost, kirvə olduqlarını xatırladıb, göz yaşları içərisində Elvinə və Kamrana yalvarır. Gülbaharın öz xoşuna təslim olmadığını gördükdə, qaynı Kamrana qucağındakı uşağı soyundurmağı əmr edir. Kamran da uşağı soyunduraraq mümkün ola biləcək ən böyük şərəfsizliyi edir. Onun körpə bədəninin müxtəlif intim nahiyələrindən öpməyə başlayır. Kamranın körpə uşağa qarşı belə əxlaqsız hərəkətlərindən sarsılan Gülbahar, naəlac qalıb, qızını mətbəxdə Kamranla buraxıb digər otağa keçir...
İyrənc niyyətini həyata keçirərkən Elvin bu hərəkətləri telefonu ilə videoya çəkməyi də unutmur və ehtiyaclarını ödətdirdikdən sonra o, təhqir etdiyi dostunun arvadını və qızını sərbəst buraxır. Başına gələn fəlakətdən stres keçirən  Gülbahar evdən çıxarkən hadisə barədə ərinə şikayət edəcəyini deyir. Sonuncu isə şərəfini, ləyaqətini alçaltdığı qadını daha da qorxudaraq: "Əgər bu haqda kiməsə bir söz desən, hərbi hissədə komandir işləyən qardaşım Namiqə deyəcəm, Yaqubu bir gecədə yox edəcək"- mesajını verir, bu sirri kimsəyə açmamağı tövsiyə edir. 
Gün gündən, həftə aydan keçdikcə Gülbahar saralıb solmağa başlayır. Arvadını daima fikirli görən Yaqub ondan dəfələrlə bunun səbəbini soruşsa da, dolğun bir cavab ala bilmir. Gülbahar hər dəfə müxtəlif bəhanələr gətirərək söhbəti başqa səmtə yönəldir. Lakin qəlbinin dərinliyində sağalmaz dərdini kimsəyə söyləyə bilmir. 2013-cü ilin aprel ayının 7-də Gülbahar növbəti zərbəni alır. Bir vaxtlar rəfiqəsi olan Elvinin arvadı Sevil ona zəng edərək əri ilə münasibətdə olduqları video haqqında məlumat verib deyir ki, əgər təcili surətdə 450-500 manat pul gətirib verməsən, ərim ilə intim münasibətdə olduğunu Yaquba deyəcəm. Gülbahar eşitdiyi təhdiddən qorxaraq dərhal telefonu söndürür. Üç gündən sonra telefonunu açdıqda "Nə oldu, məzələnirsən mənimlə? Axırı yaxşı olmaz, 3 gündü telefonu söndürmüsən" sözlərindən ibarət mesaj gəldiyini görür. Ertəsi gün aprelin 11-i isə ərinin doğum gününü qeyd edəcəkdilər. 2008-ci ildə ailə qurduqdan sonra, bu iki sevgili gənc həmişə bayramlar və ad günlərini öz ailə büdcələrinə uyğun olaraq xoşbəxtliklə qeyd edərdilər. 
Yaqub həmin gün də sevinclə işdən evə dönəndə, fikirləşmişdi ki, təntənə ilə doğum gününü qeyd edəcəklər. Lakin yenə həyat yoldaşını qəm-kədər içərisində görür. Yaqub bu dəfə arvadını çək-çevirə, sorğu suala tutur. Başına gələn müsibətlərin bu qədər ciddi məcraya gəlib çatmasını görən namusu ləkələnmiş gəlin, hər şeyi ərinə danışmaq məcburiyyətində qalır.
Eşitdiklərinə inana bilməyən Yaqub əvvəlcə əli ilə başına döyür, sonra isə mətbəxdəki bıçağı götürərək sol biləyini kəsir. Namusu tapdalanmış gənc ər özünə digər xəsarətlər yetirmək istəyərkən Gülbahar yalvarıb, nalə çəkərək, deyir ki, "Məni öldür, canım bu əzablardan qurtarsın, özünə qəsd etmə".
Yaqub səhəri dirigözlü açır. Meyvə satdıqları dükana gedib oradakı dəstəyi taxtadan olan bıçağı şalvarının kəmər hissəsinə keçirərək yenidən evinə qayıdır, ailəsi ilə vidalaşıb evini tərk edir. Axşam saat 19-a qədər Sumqayıtın küçələrində veyillənib Elvini axtarır. Daha sonra onun binanın yanında olduğunu müəyyən edib gedir və  qisasını alır.
nnn
Bu dəhşətli hadisəni cinayət işinin ittiham aktında yazılanlara əsasən hazırladım. Ittiham aktında yazılanlardan belə məlum olur ki, şərti adla Yaqub adlandırdığımız N.İ. AR CM-nin 120.1-maddəsində nəzərdə tutulan cinayət əməlini törədib.
Cinayətin baş verməsindən uzun zaman keçdiyindən, cinayətdə müqəssir bilinən N.İ.-nin hansı cəzaya məruz qaldığını öyrənə bilmədim. Bir də ki, dostunun namusunu ləkələyib ölən E.Hüseynovun həyat yoldaşı Sevilin, ifadələrdə adı çəkilən cinayətin digər iştirakçısı Kamran adlı şəxsin hansı məsuliyyətə cəlb edilmələri barədə məqamlara da aydınlıq gətirilməmişdi. Sumqayıt şəhər Prokurorluğunda tərtib edilən bu cinayət işi №-130736036 kimi qeydiyyata alınmışdı. 
Əgər bir millət olaraq bu cür hadisələrə rəvac veririksə, demək kiçilməkdəyik.
Başqa nə deyə bilərəm ki!

Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
Duz - "ağ ölüm", yoxsa vacib maddə?
09:5525 aprel

Duz - "ağ ölüm", yoxsa vacib maddə?

Keçmişdə duz çox bahalı idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu. Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı. Bəzi xalqlarda (ruslar, ukraynalılar və s.) hörmətli qonağı çörək və duzla qarşılamaq adəti indiyə kimi

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO