İSTİ XƏBƏRLƏR
» » Günəbaxan tumu kökəldirmi?

Günəbaxan tumu kökəldirmi?


Günəbaxan tumu yeməyi xoşlayan bir çox insanı eyni sual düşündürür: günəbaxan tumu kökəldirmi? Bu suala birmənalı cavab vermək çətindir. Bəziləri bu məhsuldan daim istifadə etdiklərini və kökəlmədiklərini söylədiyi halda, bəziləri bu tumların onlara çox mənfi təsir etdiyini və çəki artırdığını qeyd edirlər. 

Əksəriyyət düşünür ki, fiziki yüklənmələr tumdan gələn kalori yükündən istifadə etməyə imkan verir. Bəs günəbaxan tumu bu dərəcədə ziyanlıdırmı?

Artıq çəkili insanlar üçün rasional qidalanmaya diqqət etmək çox vacibdir. Diyetoloqların fikrincə, artıq çəki ilə mübarizədə ən önəmli amillər aktiv həyat tərzi, müntəzəm fiziki məşqlər, diyetdir. Düzgün qidalanma haqqında mütəxəssislərin fikirləri isə əsaslı şəkildə ziddiyyət təşkil edir. Günəbaxan tumunun kökəlməyə və ya arıqlamağa təsir etdiyi barədə fikirlər də bu qəbildəndir.

Bir çox diyetlər var ki, onların tərkibinə günəbaxan tumu da daxildir. Bu tumların tərkibində qanda xolesterolu aşağı salmağa imkan verən doymamış yağ turşuları vardır ki, bunlar həm də yaşlanma prosesini ləngidir. Bununla yanaşı günəbaxan tumlarının tərkibində bitki yağları da vardır ki, bunlar qanda xolesterol miqdarının azaltsalar da, nəticədə yenə də yağ olaraq qalırlar. Belə ki, günəbaxan tumunun kalori dəyəri çox yüksəkdir - 100 qr üçün 520 kilokaloridir ki, bu da ətin kalorisindən dəfələrlə çoxdur.

Təbii ki, günəbaxan tumu artıq çəki yaradır . Əsasən də qovrulmuş halda. Bu səbəbdən çiy tum yemək daha xeyirli hesab olunur. Azacıq qurutmaq da olar. Ancaq qovrulmuş dadlı tumların ləzzətinə qarşı gəlmək çox çətindir. Diyet saxlayanlar isə bu ləzzətdən imtina etməlidirlər. Hətta tumu öz rasionlarından tamamilə çıxarmaları məsləhətdir.

Rəy bildir +
Oxşar xəbərlər
Neçə yaşdan sonra sürətlə kökəlirik?
11:2213 yanvar

Neçə yaşdan sonra sürətlə kökəlirik?

Yəqin ki, 40 yaşdan sonra maddələr mübadiləsinin zəiflədiyini və insanların sürətlə kökəlməyə başladığını eşitmisiniz. Lakin elm dünyası bu barədə yeni nəticələr əldə edib.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Yağları əridən 9 sehirli məhsul
11:5615 sentyabr

Yağları əridən 9 sehirli məhsul

Orqanizmdə yağları əridən bu məhsullar, həqiqətən arıqlamağa kömək edir. Ancaq yağların parçalanması çox çətin prosesdir dedikdə heç də səhv etmirik. Yağlı kremi olan tort yedikdən sonra bu məhsullardan birini yeyib dərhal kömək edəcəyi təbii ki mümkün deyil. Qidalanmaya ağılla yanaşıb, aktiv həyat

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.